“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.05.2010, 19:32
343

Bir qalamız vardı – Şuşa...

A- A+

Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşanın işğalından 18 il ötdü

Mayın 8-də Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 18 ili tamam oldu.

1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərini ələ keçiriblər.

Şuşanın işğalı həmin dövrdə Azərbaycandakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin aşkar nəticəsi idi.

Ermənilər Şuşanın işğalı ilə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər, Azərbaycanın bölgədə mühüm strateji mövqeyi əldən verməsi sonrakı itkilərə zəmin yaratdı.

Statistikaya görə, Şuşa uğrunda on saatdan artıq davam edən döyüşlərdə 480 azərbaycanlı həlak olub, 1860 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edildi. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar.

Düşmən Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıb.

Ümumilikdə 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənilər bu gün Şuşadakı bəzi tikililəri bərpa edərək erməniləşdirir...

* * *

►Şuşa haqqında əlavə bax:

Xəbərlər
Redaktorun seçimi