“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.03.2009, 13:49
377

“Dünya azərbaycanlıların portalı” ilin sonunadək yaradılacaq

A- A+

Portalda dünyadakı bütün Azərbaycan diaspora təşkilatlarının vahid elektron şəbəkəsi əks olunacaq

“Dünya azərbaycanlıların portalı” 2009-cu ilin sonunadək yaradılacaq. Bu barədə Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev bildirib. Onun sözlərinə görə, hazırda portalın yaradılması istiqamətində iş aparılır. 

Valeh Hacıyev qeyd edib ki, Amerikada mövcud olan Netwook şəbəkəsində dünyada olan bütün Azərbaycan diaspora təşkilatlarının vahid şəbəkəsi yaradılacaq. Komitənin sədr müavini hesab edir ki, vahid informasiya portalı yaradılandan sonra diaspora təşkilatları bir-biri ilə daha rahat əlaqə yarada biləcəklər.

APA, 31.03.2009.

Xəbərlər
Redaktorun seçimi