“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.01.2010, 21:14
460

2011-ci ildən sonra Azərbaycanda neft hasilatında azalma başlayacaq

A- A+

AYİB: “Azərbaycan qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirməlidir”

Azərbaycanda neft hasilatının pik dövrünün 2012-ci ildə müşahidə olunacağı gözlənilir.

 «APA-ECONOMICS»in məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) region üzrə böyük iqtisadçısı xanım Tanita Taci bildirib.

Onun sözlərinə görə, Azərbaycanda neft hasilatının artırılması üçün potensial mövcuddur:

«Azərbaycanda neft hasilatının pik dövrünün 2012-ci ildə müşahidə olunacağı, daha sonra isə azalacağı gözlənilir. Bu da nəticədə ÜDM-ə mənfi təsir göstərəcək. Məhz buna görə, Azərbaycan qeyri-neft sektorunun inkişafına ciddi diqqət yetirməlidir».

Qeyd edək ki, 2009-cu il ərzində Azərbaycanın neft hasilatı rekord həddə çataraq 50,4 mln. ton təşkil edib

 * * *

2009-cu ildə Dövlət Neft Fonduna 8,2 mlrd. manat daxil olub, 5,3 mlrd. manat xərclənib

Yanvarın 26-da “Hyatt Park” mehmanxanasında Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov 2009-cu ilin yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir.

Azərbaycan iqtisadiyyatının son illər sürətlə inkişaf etdiyini diqqətə çatdıran Ş.Mövsümov dünyanı bürümüş maliyyə-iqtisadi böhrana baxmayaraq, keçən ilin də ölkəmiz üçün uğurlu olduğunu bildirmiş, Neft Fondunun 2009-cu ildə gəlir və xərcləri barədə hesabatını açıqlamışdır.

Bildirmişdir ki, ötən il qurumun büdcə gəlirləri 8 milyard 176,7 milyon manat, büdcə xərcləri isə 5 milyard 294,5 milyon manat təşkil etmişdir.

Fondun 2009-cu il büdcəsinin gəlir hissəsi 97,8 faiz, xərc hissəsi isə 99,5 faiz yerinə yetirilmişdir. Ötən il Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlir 305,9 milyon manat olmuşdur.

AzərTAc

Xəbərlər
Redaktorun seçimi