“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.05.2009, 12:37
366

Avropa Ittifaqı – Şərq Tərəfdaşlığı Parlament Assambleyası yaradılacaq

A- A+

Bununla bağlı Kiyevdə keçiriləcək məsləhətləşmələrdə Azərbaycanı millət vəkili Rövşən Rzayev təmsil edəcək

Assambleyanın yaradılması ilə əlaqədar növbəti danışıqlar mayın 18-də Kiyevdə keçiriləcəkdir. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev iştirak edəcəkdir.

Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, Ukrayna Parlamentinin təşəbbüsü ilə təşkil olunan məsləhətləşmələrdə Avropa Parlamentinin Avropa İttifaqı – Şərq Qonşuları Parlament Assambleyasının yaradılmasının perspektivləri barədə fikir mübadiləsi aparılacaqdır.

Tədbirin sonunda bu qurumun yaradılması barədə tövsiyə layihəsinin qəbul edilməsi nəzərdə tutulmuşdur.

AzərTAc.

Xəbərlər
Redaktorun seçimi