“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.10.2009, 08:07
368

Bayraq böhranına iki replika ilə sözardı

A- A+

Əli Həsənov: “Bayraqların yığışdırılması qanunun tələbi ilə həyata keçirilir”. Mübariz Qurbanlı: “Bayrağa nə olmuşdu ki?”

Azərbaycanla Türkiyə arasında bayraq böhranı aradan qalxsa sa, bir sıra suallar açıq qalmaqdadır. 

Həmin suallardan biri budur. Bayraq məsələsini bu qədər qəlizləşdirmək nəyə lazım idi və Azərbaycan tərəfin bu məsələdə atdığı addım nə dərəcədə vəziyyətə adekvat və düşünülmüş idi?

Yaxud digər sual. Əgər Bursadakı futbol matçındakı bayraq qalmalaqına bir cavab (etiraz) jesti olaraq Bakıdakı Türk Şəhidliyində bayraqlar endiriləcəkdisə, onda dirəkləri sökmək nəyə lazım idi?

Yoxsa bu addımın geri dönüşü olmayacağı düşünülürdü?

Suallar çoxdur, onları normal cavablayacaq yetkili isə yoxdur.

Məsələn, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Mübariz Qurbanlı Şəhidlər Xiyabanında türk əsgərlərin xatirəsinə ucaldılan abidə ətrafındakı bayraqların götürülməsi və bir neçə gün sonra yenidən yerinə qaytarılması hadisəsinə münasibət bildirərkən belə deyib:

“Bayrağa nə deyim, bayrağa nə olmuşdu ki?.. Bakı Şəhər İcra Hakimiyyəti izahat verdi ki, Şəhidlər Xiyabanında təmir-tikinti işləriylə əlaqədar bayraqlar götürülüb, indi isə qaytarılıb yerinə qoyulub”.

“Media forum” saytı xəbər verir ki, jurnalistlər Azərbaycan rəsmilərinin bayraqların götürülməsinin qanunun tələbi olması haqda bəyanatlarını xatırladanda M.Qurbanlı belə bəyanat eşitmədiyini bildirib: “Amma onu bilirəm ki, bu bayraq söhbətləri artıq gündəmdə deyil. Hazırda gündəmdə daha vacib məsələlər var”.

Deputat “Axı Şəhidlər xiyabanında heç bir təmir getmir, bayraqların götürülməsinin əsl səbəbi nə ola bilər” sualına belə cavab verib: “Mən Bakı Şəhər İcra Hakimiyyətinin əvəzinə heç nə deyə bilmərəm. Bəlkə təmir gedir. Axı mən oranı görmürəm”.

 * * *

Bayraqların götürülməsinin qanunun tələbi olması haqda bəyanat eşitmədiyini deyən hörmətli deputata Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun oktyabrın 19-da APA-ya verdiyi müsahibəni xatırlatmaq istərdik:

 * * *

Prezident Administrasiyasının rəsmisi: “Bundan sonra Azərbaycan Respublikasında xarici dövlətlərə məxsus bayraqlar yalnız qanunun imkan verdiyi yerlərdə asılacaq”

[19 oktyabr 2009 14:21] - APA -

Son günlər Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində xarici ölkələrə, o cümlədən Türkiyəyə məxsus bayraqların endirilməsi hər hansı təmir işi və yaxud planlaşdırılan başqa işlə bağlı deyil”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Şöbə müdiri bildirib ki, bayraqların endirilməsi “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” qanunun yerinə yetirilməsi ilə əlaqədardır.

Ə. Həsənov bildirib ki, bu qanunun qəbulundan sonra yerli və mərkəzi icra hakimiyyəti orqanlarına qanunun yerinə yetirilməsi üçün müxtəlif yerlərdə bu tələblərə uyğun olmadan asılmış bayraqların siyahısının hazırlanması barədə tapşırıq verilib: “

Müəyyən olundu ki, xarici ölkələrin bayraqları qanunda nəzərdə tutulmayın yerlərdə asılıb və bunların yığışdırılmasına başlanıldı. Bundan sonra Azərbaycan Respublikasında xarici dövlətlərə məxsus bayraqlar yalnız qanunun imkan verdiyi yerlərdə asılacaq.

Qanunda da göstərilib ki, xarici ölkələrin və təşkilatların bayraqları onlara məxsus diplomatik nümayəndəliklərin və yaxud konsulluqların, beynəlxalq təşkilatların nümayəndəliklərinin ərazilərində, xarici ölkələrin və yaxud beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətinin yaşadığı rezidensiyalarda və qanunda müəyyən oluna digər yerlərdə asıla bilər. Ona görə də bayraqların yığışdırılması qanunun yerinə yetirilməsi tələblərindən irəli gələrək həyata keçirilir”.

Necə deyərlər, sitatın sonu.

www.azerbaycanli.org

Xəbərlər
Redaktorun seçimi