“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.09.2009, 08:42
341

Qazlı siyasət: Türkiyə ilə deyil, Rusiya ilə anlaşdıq

A- A+

ARDNŞ ilə «Qazprom» arasında «Azərbaycan qazının alqı-satqısına dair müqavilə» imzalanıb

Oktyabrın 14-də Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Rusiyanın «Qazprom» şirkəti arasında «Azərbaycan qazının alqı-satqısına dair müqavilə» imzalanıb. 

Sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Miller imzalayıb (APA).

A.Miller bildirib ki, imzalanmış sənəd Rusiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsində mühüm rola malikdir. Orta müddətli müqavilə eyni zamanda şirkətlər arasında əlaqələrin genişləndirilməsinə təkan verəcək.

Müqavilənin detallarını açıqlayan R.Abdullayev isə bildirib ki, bununla Azərbaycan hasil etdiyi qazı yeni bazara – Rusiyaya çıxarmış olur.

Müqaviləyə uyğun olaraq 2010-cu il yanvarın 1-dən Azərbaycan Rusiyaya qaz ixracına başlayacaq və gələn il bu ölkəyə minimum 500 mln. kubmetr qaz satışı nəzərdə tutulur: «Bu, ARDNŞ-in qaz proqramını genişləndirməyə imkan verəcək. Müqavilədə 500 mln. kubmetrdən yuxarı həcm qoyulmayıb. Qaz hasilatı artdıqca, müqavilənin şərtlərinə uyğun olaraq «Qazprom» qabaqcadan məlumatlandırılacaq və Rusiyaya əlavə həcmdə qaz satmaq imkanı olacaq».

Qazın alqı-satqısına dair qiymətlər barədə məlumat verməyən R.Abdullayev qiymətin formula əsasında formalaşdırıldığını qeyd edib: «Bu yaxşı qiymətdir və qəbul edirik. Həcmlərin qiymətə heç bir təsiri olmayacaq».

* * *

Rusiya ilə qaz anlaşmasının Türkiyə ilə bu sahədə uzun zamandan bəri sürən nəticəsiz danışıqlar fonunda əldə olunması diqqət çəkir.

Xatırladaq ki, bir qədər əvvəl mətbuatda Azərbaycan qazının Rusiyaya hazırda Türkiyəyə satdığımızdan da uzuz qiymətə - 1000 kubmetri 110 dollara satılacağı barədə xəbərlər yayılmışdı. Azərbaycan hazırda Türkiyəyə qazı 120 dollara satır və Bakı bu qiyməti ədalətsiz hesab edərək türk tərəfi ilə danışıqlar aparır.

Prezident İlham Əliyev oktyabrın 9-da AzTV-yə müsahibəsində Türkiyə ilə danışıqlarda üç mühüm məsələnin həllinin vacibliyini vurğulamışdı:

““Qaz alqı-satqısı və qaz tranziti ilə bağlı danışıqlarda üç əsas məsələ vardır. Birinci məsələ qiymətdir, hansı ki, ədalətli olmalıdır. Biz bunu gözləyirik ki, ədalətli qiymət haqqında razılaşma tezliklə öz həllini tapacaqdır. İkinci məsələ gələcəkdə Türkiyəyə veriləcək qazın miqdarıdır. Bildiyiniz kimi, bu il Türkiyəyə təqribən 7 milyard kubmetr Azərbaycan qazı ixrac edilib. Hələ ki, ədalətli olmayan qiymətlə.

"Şahdəniz" layihəsinin ikinci fazasından çıxarılacaq qazın, eyni zamanda, Dövlət Neft Şirkəti tərəfindən digər yataqlardan çıxarılan və çıxarılacaq qazın hansı hissəsi Türkiyə bazarına çatdırılacaqdır? Biz bunu da müəyyən etməliyik. Bizim üçün, hər bir başqa ölkə üçün, eyni qaydada ixracımızın şaxələndirilməsi çox vacibdir. Əlbəttə, Türkiyə bazarı bizim üçün çox maraqlıdır.

Bildiyiniz kimi, Rusiya ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq başlanır və əminəm ki, gələcəkdə bu, çox uğurlu əməkdaşlıq ola bilər. Azərbaycan qazının Türkiyə ərazisindən Avropa İttifaqı bazarına çıxarılması üçün də səylər göstərilir - həm Azərbaycan, həm Avropa ölkələri tərəfindən. Avropa İttifaqına üzv olan ölkələrlə ikitərəfli əsasda çox ciddi danışıqlar aparılır. Yunanıstan, İtaliya, Rumıniya, Bolqarıstan, Macarıstan və digər ölkələrlə danışıqlar aparılır. Yəni Azərbaycanda kifayət qədər qaz resursları vardır. Bu, bizim böyük sərvətimizdir. Ancaq minimum təsdiq edilmiş qaz resurslarımız 2 trilyon kubmetr səviyyəsindədir. Amma real miqdar ondan ən azı 2 dəfə çoxdur.

Biz gərək bu qazı ixrac edək. Bunu ixrac etmək üçün gərək, çox böyük investisiyalar qoyulsun. "Şahdəniz" layihəsinin ikinci fazasına nəzərdə tutulmuş investisiyaların həcmi təxminən 20 milyard dollar səviyyəsindədir. Bu investisiyaları qoymaq üçün biz və bizim tərəfdaşlarımız, konsorsiumun üzvləri bilməliyik ki, bu qazı hara satacağıq. Tarif şərtləri necə olacaq, qiymət necə olacaq, biz bunu hansı miqdarda satacağıq.

Üçüncü məsələ isə, - yəni birinci qiymət, ikinci miqdar, üçüncü tarif haqlarıdır. Qiymət kimi tarif haqları da ədalətli olmalıdır və bölgədə mövcud olan bütün başqa tarif haqları ilə uzlaşmalıdır.

Bax, bu üç məsələdə əfsuslar olsun ki, biz hələ Türkiyə tərəfi ilə danışıqlarda bir nəticəyə gələ bilməmişik. Mən bir daha demək istəyirəm ki, biz danışıqları xoş niyyətlə aparırıq. Ancaq bununla bərabər, danışıqlarda müzakirə edilən məsələlər beynəlxalq təcrübəyə uyğun şəkildə öz həllini tapmalıdır. Belə olan halda Azərbaycan qazı Türkiyəyə daha da böyük həcmdə ixrac ediləcəkdir”.

Xəbərlər
Redaktorun seçimi