“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.05.2009, 13:00
451

AB-nin Praqa sammitində “Şərq Tərəfdaşlığı” proqramı üzrə bəyannamə qəbul olunub

A- A+

Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına qoşulacaq ölkələrə ilkin mərhələdə 600 milyon dollar yardım göstərəcək

Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” sammiti mayın 7-də axşam Birgə Bəyannamənin qəbulu ilə yekunlaşıb. 

Sammitdə Avropa Birliyinə üzv ölkələrin hökumət və dövlət başçıları ilə yanaşı, “Şərq Tərəfdaşlığı” proqramına qoşulacaq ölkələrin – Azərbaycan, Ermənistan, Gürcüstan, Ukraynanın prezidentləri qatılıb. Daha iki ölkə - Moldova və Belarus baş nazitlərin müavinləri səviyyəsində təmsil olunublar.
 

Sammitdə Avropa Komissyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə komissarı xanım Benita Ferrero-Valdner, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana və digər yüksək vəzifəli Aİ rəhbərləri iştirak ediblər.

Sammit çərçivəsində “Şərq Tərəfdaşlığı” proqramı üzrə bəyannamə qəbul olunub. Bəyannaməni Avropa Birliyinin 27 ölkəsi və proqrama qoşulan 6 ölkə (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus, Ukrayna) imzalayıb. Qeyd edək ki, Saziş Bəyannaməsinin mətni bir müddət əvvəl proqrama qoşulacaq ölkələr tərəfindən razılaşdırılıb.

Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı iştirakçı dövlətlərə birlik arasında xüsusi münasibətləri nəzərdə tutur. Bu proqramın reallaşması üçün Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramına qoşulacaq ölkələrə ilkin mərhələdə 600 milyon dollar yardım göstərəcək.

Sammitlə bağlı keçirdiyi mətbuat konfransında AB-nin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Havyer Solana bildirib ki, “Şərq Tərəfdaşlığı” proqrama qoşulan ölkələrin Avropaya inteqrasiyasına və bu ölkələrdə islahatların həyata keçirilməsinə kömək edəcək.

Lakin mətbuat konfransında o da bildirilib ki, proqramda nəzərdə tutulan tərəfdaşlığa hazır olan ölkələr arasında viza rejiminin sadələşdirilməsi məsələsi bəyannaməyə daxil edilməyib. Bəzi Avropa ölkələr bunun üçün hələ münbit şəraitin yaranmadığını söyləyiblər. Lakin sənəddə viza rejiminin sadələşdirilməsi ilə bağlı əməkdaşlığın davam etdirilməsi təklif olunub.

Xəbərlər
Redaktorun seçimi