“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.12.2009, 21:42
435

Azərbaycan, Çin, Zambiya və Malavi

A- A+

“The Economist” jurnalı 2009-cu illərdə bu ölkələrdə iqtisadi artımın olduğunu bildirir

Hətta qabaqcıl ölkələrin qlobal maliyyə böhranından əziyyət çəkməsinə baxmayaraq, Azərbaycan bu il dünyada iqtisadi artım üzrə lider olmuşdur. 
 
AzərTAc-ın məlumatına görə, bu barədə Londonda nəşr olunan nüfuzlu “Ekonomist” (“The Economist”) jurnalının dekabr nömrəsində yazı dərc edilmişdir.

“Ekonomist” jurnalı dünyada ən böyük oxucu auditoriyasına malik nəşrlərdən biridir. Bu mətbu orqan 1843-cü ildən Böyük Britaniyada çap olunur. Jurnalın tirajı 2006-cı ildə 1 milyondan çox olmuşdur.

Jurnalda dünyada baş verən mühüm hadisələr, beynəlxalq əlaqələr, maliyyə-iqtisadi və işgüzar xəbərlərə geniş yer verilir.
Mətbu orqanın növbəti nömrəsində Azərbaycanın dünyada iqtisadi artım üzrə liderliyə yiyələndiyi hərtərəfli əksini tapmışdır.

Jurnalda Azərbaycandan başqa Çin, Zambiya və Malavidə də ümumi daxili məhsulda (ÜDM) artımın qeydə alınacağı bildirilmişdir.

Jurnal Azərbaycanda iqtisadi artımın bu ölkələrdəkindən də çox olacağını diqqətə çatdırmışdır. Jurnalın təqdiqatlar şöbəsi Azərbaycanda ÜDM-in ilin yekunlarına görə daha yüksək olacağını bildirmişdir.

AzərTAc qeyd edir ki, dünyanın ən nüfuzlu mətbu orqanlarının da Azərbaycana bu cür dərin maraq göstərməsi ölkəmizin durmadan artan beynəlxalq imicinə dəlalət edir.

Xəbərlər
Redaktorun seçimi