“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.09.2013, 10:13
1646

Azərbaycan tarixi günbəgün: 30 sentyabr

A- A+

30 sentyabr 1990 – Azərbaycanda ilk dəfə alternativ əsasda və çoxpartiyalıq şəraitində Ali Sovetə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib...

 

30 sentyabr 1139 – Gəncədə dəhşətli zəlzələ baş verib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub. Zəlzələ zamanı baş verən torpaq sürüşmələri nəticəsində Kəpəz dağının ətəyində Göygöl yaranıb.

 

30 sentyabr 1920 – Moskvada Sovet Rusiyası ilə Azərbaycan Sovet Sosialist Respublikası arasında hərbi-iqtisadi ittifaq haqqında müqavilə imzalanıb. Müqavilə sovet Azərbaycanının müstəqilliyinin formal xarakter daşıdığının bariz göstəricisi idi. Müqaviləyə əsasən, Azərbaycan hərbi məsələlərdə bütün idarəetmə səlahiyyətlərini, iqtisadiyyatda isə taleyüklü qərarların qəbulunu, o cümlədən neft sahəsinin idarə olunmasını Rusiyaya verdi.

 

30 sentyabr 1928 – Dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadə (1928-2006) anadan olub. Azad Mirzəcanzadə neft kimyası və neftçıxarma texnologiyaları üzrə bir çox elmi yeniliklərin müəllifidir, bir sıra xarici elmi mərkəzlərə, Rusiya Təbiət Elmlər Akademiyasına fəxri üzv seçilib. Respublika Ali Attestasiya Komissiyasının, Dövlət Elm və Texnika Komitəsinin sədri olub. 2006-cı il iyulun 17-də vəfat edib.

 

30 sentyabr 1990 – Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib. İlk dəfə olaraq seçkilər alternativ əsasda və çoxpartiyalıq şəraitində keçirilib. Ali Sovetə seckilərin ilk turunda respublika üzrə 360 dairədən üçdə ikisində deputatlar seçilmişdi. Qalan dairələr üzrə təkrar seçkilər elan edildi. Şuşa rayonu istisna olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində seçkilər baş tutmamışdı. Seçkilərdə “Demokratik Azərbaycan” bloku üzrə iştirak edən müxalifət ümumilikdə 30 mandat əldə etdi. Seçkilərin birinci  turunda Heydər Əliyev 340 saylı Nehrəm seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin, 2 saylı Naxçıvan şəhər seçki dairəsindən isə Naxçıvan MSSR-in deputatı seçilmişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi