“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.09.2013, 10:07
1649

Azərbaycan tarixi günbəgün: 19 sentyabr

A- A+

19 sentyabr 1997 – ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” planı ilə regiona səfərə gəliblər...

 

19 sentyabr 1992 – Soçidə Rusiya müdafiə nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşündə atəşkəsə dair razılıq əldə olunub. Tərəflər bütün silahlı əməliyyatların iki ay ərzində (müddətin daha sonra uzadılması şərtilə) dayandırılması barədə anlaşma imzalayıblar. Rusiyanın vasitəçiliyinin arxasında sonradan münaqişə bölgəsində rus hərbi (sülhməramlı) kontingentinin yerləşdirilməsi niyyəti də vardı. Lakin anlaşma erməni tərəfin günahı üzündən tezliklə pozuldu.

 

19 sentyabr 1997 – ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” planı ilə regiona səfərə gəliblər.  Plan münaqişənin ikimərhələli həllini əks etdirirdi. Birinci mərhələdə Laçın istisna olmaqla, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən altı rayondan erməni silahlı qüvvələrinin çıxarılması, köçkünlərin öz torpaqlarına qaytarılması və münaqişə ərazisində kommunikasiya əlaqələrinin bərpa edilməli idi. Plana görə, ikinci mərhələdə Laçın və Şuşanın, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsi nəzərdə tutulurdu. Plana razılıq verən Ermənistan prezidenti L.Ter-Petrosyan hakimiyyətdaxili çevriliş nəticəsində vəzifəsindən kənarlaşdırıldı.

 

19 sentyabr 2002 – Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendumun yekun nəticələri mətbuatda dərc olunaraq qüvvəyə minib. MSK-nın yekun məlumatına görə, referendumda iştirak etmiş seçicilərin 96 faizi Konstitusiyaya dəyişikliklərin (24 maddə üzrə 39 dəyişiklik) lehinə səs vermişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi