“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.09.2013, 10:24
1342

Azərbaycan tarixi günbəgün: 11 sentyabr

A- A+

11 sentyabr 1795 – Tiflis yaxınlığında gürcü çarı II İraklinin qoşunları ilə İran şahı Ağa Məhəmməd Qacarın qoşunları arasında döyuş olub...

 

11 sentyabr 1795 – Tiflis yaxınlığında gürcü çarı II İraklinin qoşunları ilə İran şahı Ağa Məhəmməd Qacarın qoşunları arasında döyuş olub. Qacarın qoşunları gürcü qüvvələrini məğlub edib və Tiflisi, eləcə də bütün Şərqi Gürcüstanı (o cümlədən Azərbaycanın Borçalı mahalını) ələ keçiriblər. Lakin İran qoşunları burada çox qala bilmədi. İlin sonunda Rusiya qoşunları onları bölgədən sıxışdırıb çıxardı. Bundan sonra isə çar II İrakli Rusiya imperiyası ilə müqavilə bağladı və Gürcüstan (Kartli-Kaxetiya çarlığı) Rusiyanın himayəsinə keçdi.

 

11 sentyabr 1913 – Tanınmış kinorejissor və operator, xalq artisti Muxtar Dadaşov (1913-1998) anadan olub. Azərbaycan kino tarixində önəmli yer tutan bir sıra filmlərə («Qanun naminə», «Bakıda küləklər əsir» və s.) quruluş verib.

 

11 sentyabr 1996 – Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın Avropa Şurasına daxil olması və Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Baki ilə danışıqların intensivləşdirilməsini nəzərdə tutan ( 96) 32 saylı qətnamə qəbul edib. Bundan bir qədər əvvəl (iyun 1996) Avropa Şurası Parlament Assambleyası Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu vermişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi