“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.09.2013, 10:14
1419

Azərbaycan tarixi günbəgün: 8 sentyabr

A- A+

8 sentyabr 1991 - Azərbaycanda ilk prezident seçkiləri keçirilib. Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçilib...

 

8 sentyabr 1991 - Azərbaycanda ilk prezident seçkiləri keçirilib. Ölkədəki əksər siyasi qüvvələrin, o cümədən Xalq Cəbhəsinin boykot etdiyi və alternativsizlik şəraitində keçirilən seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçilib. MSK-nın rəsmi nəticələrinə görə, səsvermədə iştirak edən seçicilərin 98,5 faizi onun lehinə səs vermişdi. Mütəllibov 1990-cı ilin mayında Ali Sovet tərəfindən formal olaraq prezident seçilmişdi, yeni seçki də mahiyyətcə ondan fərqlənmədi.

 

 

8 sentyabr 1992 - Azərbaycanla Yaponiya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 28-də tanımışdı) arasında diplomatik münasibətlər qurulub.

 

8 sentyabr 1998 - Bakıda tarixi "Böyük İpək Yolu"nun bərpası ilə bağlı Avropa Birliyinin TRACECA (Avropa-Asiya nəqliyyat dəhlizi) layihəsi üzrə beynəlxalq konfrans keçirilib. 32 ölkənin (o cümlədən 9 ölkə prezidentinin), 12 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında müqavilə və digər sənədlər imzalanıb, “Bakı bəyannaməsi” qəbul edilib. TRACECA layihəsinin əsas iştirakçıları kimi müqaviləyə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstan imza atmışdı. Azərbaycan sənədə belə bir qeyd əlavə etmişdi ki, Ermənistan işğal etdiyi əraziləri azad etməyincə Azərbaycan bu ölkə ilə hər hansı nəqliyyat əlaqəsi qurmayacaq. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi