“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.09.2013, 10:48
1474

Azərbaycan tarixi günbəgün: 24 sentyabr

A- A+

24 sentyabr 1992 – Azərbaycan Silahlı Qüvvələri Qarabağda Ermənistan işğalçı ordusu ilə apardığı döyüşlərdə Xocavənd (Martuni) rayon mərkəzini azad edib...

 

24 sentyabr 1992 – Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan işğalçı ordusu ilə apardığı döyüşlər nəticəsində Dağlıq Qarabağdakı böyük yaşayış məntəqələrdən biri - Xocavənd (Martuni) rayon mərkəzi azad edilib. Lakin müharəbədəki sonrakı hərbi uğursuzluqlar nəticəsində, Qarabağdakı digər ərazilər kimi, Xocavənd də yenidən (2 oktyabr 1992) erməni silahlı qüvvələrinin nəzarətinə keçdi.

 

24 sentyabr 1992 – Azərbaycan Respublikası ilə İndoneziya arasında diplomatik münasibətlər qurulub.

 

24 sentyabr 1993 – Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olub. Moskvada MDB dövlət başçılarının sammitində iştirak edən prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev, Milli Məclisin ona verdiyi səlahiyyətə əsasən, ölkəmizin quruma üzvlüyü barədə sənədləri imzalayıb. 1991-ci ilin dekabrında Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibov respublikanın MDB-yə qoşulması barədə müqaviləni imzalasa da, Milli Məclis müxalifətin təzyiqi altında bu sənədi radifikasiya etməmişdi.

 

24 sentyabr 1994 – Azərbaycan prezidenti Heydər Əliyev ölkədəki vəziyyətlə bağlı televiziya ilə xalqa müraciət edib. Prezident "Əsrin müqaviləsi"nin (20 sentyabr) imzalanmasına qarşı çıxan daxili və xarici qüvvələr tərəfindən ölkədə vəziyyəti gərginləşdirmək, iğtişaşlar yaratmaq cəhdləri edildiyini, lakin bu cəhdlərin qarşısının qətiyyətlə alınacağını vurğulayıb. Müraciətdən bir gün öncə (23 sentyabr) dövləti cinayətlərə görə həbs olunmuş keçmiş müdafiə naziri Rəhim Qazıyev, Azərbaycanın cənubunda separatçılıq cəhdlərinə rəhbərlik etmiş Ələkrəm Hümmətov və müdafiə nazirinin müavini Baba Həzərli MTN-in təcridxanasından qaçırılmışdı. 

 

24 sentyabr 2003 – Azərbaycanın baş naziri İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edib. Beynəlxalq birliyi Ermənistanın Azərbaycana qarşı təcavüzünə seyrçi qalmaqda ittiham edən İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bildirib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi