“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.09.2013, 10:04
1465

Azərbaycan tarixi günbəgün: 28 sentyabr

A- A+

28 sentyabr 2001 – ABŞ Konqresində Azərbaycana humanitar yardımı qadağan edən 907-ci düzəlişin ləğvi məsələsi gündəmə gəlib...

 

28 sentyabr 616 – Qədim Azərbaycan dövləti olan Albaniyanın (Qafqaz Albaniyası) qüdrətli hökmdarı Cavanşir (616-669) anadan olub. Təməli erada əvvəl IV əsrdə qoyulan Albaniya dövlətində yeni eranın III əsrdən etibarən xristianlıq yayılmağa başlamış, lakin tezliklə dövlət zəifləyərək atəşpərəstliyin hakim olduğu Sasani (fars) imperiyasının tərkibinə qatılmışdı (262-ci il). VI əsrin sonunda Albaniyada hakimiyyətə gələn Mehranilər sülaləsi dövləti dirçəltməyə başladı.

Cavanşir Mehraninin hakimiyyəti dövründə (642-ci ildən) Albaniya Sasanilərin əsarətindən çıxmış və regionun güclü dövlətinə çevirmişdi.

 

28 sentyabr 1912 – Çar Rusiyasında IV Dövlət Dumasına seçkilər başlanıb. Ilk iki Dumadan fərqli olaraq, III Duma səlahiyyət müddətini (5 il) tam başa vurmuşdu. III Dumada olduğu kimi, bu dəfə də Cənubi Qafqaz müsəlmanlarına (azərbaycanlı əhali) 1 yer ayrılmışdı. IV Dövlət Dumasına yeganə azərbaycanlı deputat olaraq hüquqşünas Məmmədyusif Cəfərov seçildi.

 

28 sentyabr 2001 – ABŞ Konqresində Azərbaycana humanitar yardımı qadağan edən 907-ci düzəlişin (1992-ci ildə qəbul olunmuşdu) ləğvi məsələsi gündəmə gəlib. Senator Sem Braunbekin hazırladığı layihədə Azərbaycanın Amerikanın antiterror kampaniyasında fəal dəstək verdiyi vurğulanır və 907-nin tam ləğvini nəzərdə tutulurdu. Erməni lobbisi buna şiddətlə qarşı çıxdı. Nəticədə uzun müzakirələr sonrası Konqres ABŞ administrasiyasının xahişilə 2002-ci ilin yanvarında 907-ci qadağanın qüvvəsinin dayandırılması barədə qərar qəbul etdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi