“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.09.2013, 10:40
1602

Azərbaycan tarixi günbəgün: 14 sentyabr

A- A+

14 sentyabr 1920 – Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetirilib...

14 sentyabr 1939 – Yazıçı, dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939-2014) Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur.

 

14 sentyabr 1920 – Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetirilib. Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Təbriz üsyanı həmin ilin aprelində qələbə çalmış, iyunda onun rəhbərliyi altında Milli Hökumət qurulmuşdu. Bu arada Tehran (şah) rejimi bir tərəfdən Xiyabani ilə danışıqlar aparır, ona müxtəlif vədlər verir, digər tərəfdən, Təbrizə hücum planı hazırlayırdı. 1920-ci il sentyabrın 12-də irtica qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün qəhrəmancasına müqavimət göstərdilər. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu. Cənubi Azərbaycan türkləriin istiqlal mübarizəsinin daha bir səhifəsi faciəli şəkildə sona çatdı.

 

14 sentyabr 1991 – Bakıda Azərbaycan Kommunist Partiyasının (KP) fövqəladə 33-cü qurultayı keçirilib. Qurultay Azərbaycan KP-nin özünü buraxması haqqında qərar qəbul edib. Partiyanın əmlakı mərkəzi və yerli hakimiyyət orqanlarına verilib. “Avqust qiyamı”nın (19-22 avqust – Moskvada komminist-revanşist qüvvələrin “QKÇP” dövlət çevrilişi cəhdi) iflasından sonra Sovet İttifaqında kommunist hakimiyyətinə faktiki olaraq son qoyulmuşdu. Moskvada Sov.İKP-nin özünü buraxması barədə qərar qəbul etməsindən sonra müttəfiq respublikaların kommunist partiya təşkilatları da eynilə hərəkət etmək zorunda idilər. Beləcə 1920-ci ilin yanvarında qurulan və 71 il respublikada hakim qüvvə olan Azərbaycan KP də tarixin arxivinə verildi.

 

14 sentyabr 1994 – Azərbaycan Respublikası ilə Qətər dövləti arasında diplomatik münasibətlər qurulub.

 

14 sentyabr 1998 – Bakıda Azərbaycan qadınlarının qurultayı başlayıb. Bu, müstəqillik dövründə Azərbaycan qadınlarının ilk belə forumu idi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi