“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.09.2013, 10:08
1428

Azərbaycan tarixi günbəgün: 1 sentyabr

A- A+

1 sentyabr 1949 – Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb...

 

1 sentyabr 1900 - Məşhur sirk pəhləvanı, peşəkar güləşçi Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) anadan olub.

 

1 sentyabr 1919 – Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Xalq Cümhuriyyətinin parlamenti həmçinin hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi.

 

1 sentyabr 1949 – Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb. Sovet hökuməti 1931-ci ildə ölkədə icbari ibtidai təhsil (1-3-cü sinif) barədə qərar qəbul etmişdi. Həmin qərara əsasən, 30-cu illərin sonunda 7-illik təhsilə keçid həyata keçirilməli idi. Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı xeyli ləngitmişdi. 1959-cu ildə icbari 8-illik təhsilə (natamam orta təhsil), 1966-cı ildə isə icbari 10-illik təhsilə (tam orta təhsil) keçid təmin olundu.

 

1 sentyabr 1992 – Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

1 sentyabr 1993 – Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev hökumətdə bir sıra təyinatlarla bağlı fərmanlar imzalayıb. Fərmanlara əsasən, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov Azərbaycanın xarici işlər naziri, general-mayor Məmmədrəfi Məmmədov müdafiə naziri, Səməd Sadıqov iqtisadiyyat naziri, Elçin Əfəndiyev baş nazirin müavini, Qalib Ağayev Milli Bankın İdarə Heyətinin sədri təyin olunub. Hazırda həmin təyinatlardan yalnız bir nəfər - Elçin Əfəndiyev iş başındadır. 1998-ci ildə xarici işlər naziri postundan istefa verən Həsən Həsənov isə sonradan (2004) Azərbaycanın Macarıstanda səfiri təyin edildi. Hazırda Azərbaycanın Polşa Respublikasında səfiridir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

 

Xəbərlər
Redaktorun seçimi