“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.09.2013, 10:12
1507

Azərbaycan tarixi günbəgün: 2 sentyabr

A- A+

2 sentyabr 1991 – Erməni separatçıları qondarma dövlətin – “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığını elan ediblər. Ötən müddətdə bu "qurum" heç bir dövlət tərəfindən tanınmayıb...

 

2 sentyabr 1829 – Rusiya ilə Osmanlı dövləti arasında növbəti müharibənin (1828-1829) yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb. Sazişə əsasən, Osmanlı dövləti Ahalsıx padşahlığının (Ahıska türklərinin yaşadığı ərazi - indiki Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verib. Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirildi. Bundan əlavə, Osmanlı Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunlarını, o cümlədən Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsini rəsmən tanıyıb.

 

2 sentyabr 1991 – Ermənilərin Qarabağ avantürası yeni mərhələyə keçib. Dağlıq Qarabağda qondarma dövlətin – “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığı elan olunub. Bu barədə qərar "DMQV Xalq Deputatları Soveti"nin (səlahiyyət müddəti hələ 1988-ci ilin yanvarında başa çatmışdı) və keçmiş Şaumyan rayonu (1990-cı ildə Goranboy rayonuna birləşdirilmişdi) “Xalq Deputatları Soveti”nin erməni deputatlarının adından qəbul edilmişdi. Qərara əsasən, inzibati baxımdan heç vaxt Dağlıq Qarabağ muxtariyyətinə aid olmamış keçmiş Şaumyan rayonu da qondarma “respublika”nın ərazisi elan edilmişdi. Səhərisi gün (3 sentyabr) Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti  bu qərarı antikonstitusion elan etdi.

 

2 sentyabr 1994 – Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi səfir Madlen Olbrayt prezident Bill Klintonun şəxsi təmsilçisi sifətilə Bakıya səfərə gəlib. Xanım Olbraytın prezident Heydər Əliyevlə görüşündə Azərbaycanın xarici neft şirkətləri ilə imzalayacağı kontrakt («Əsrin müqaviləsi»), Qarabağ nizamlanması müzakirə olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

 

Xəbərlər
Redaktorun seçimi