“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.02.2013, 16:45
1347

Azərbaycan tarixi günbəgün: 25 fevral

A- A+

25 fevral 1910 – Akademik İmam Mustafayev (1910-1997) Qax rayonunda doğulub. Sovet Azərbaycanın rəhbərlərindən biridir, 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın 1-ci katibi olub.

İmam Mustafayev Azərbaycanda aqrar elmin (taxılçılıq) inkişafında, elmi kadrların hazırlanmasında xidmətlər göstərib.

 

25 fevral 1910 – Tanınmış rəssam, milli teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayev (1910-1940) anadan olub. Azərbaycan Dövlət İncəsənət Muzeyi Rüstəm Mustafayevin adını daşıyır.

 

25 fevral 1964 - Azərbaycanın Milli Qəhrəmanı Sahil Ələmdar oğlu Məmmədov (25.02.1964) Qərbi Azərbaycanın Uluxanlı (Masis) rayonunun Yuxarı Necili (Nizami) kəndində anadan olub. 1992-ci il 8 oktyabr tarixli prezident fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.

 

25 fevral 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb. Ayyarım sürən gərgin müzakirələrdən sonra Nəsib bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabineti təşkil edilib.

 

25 fevral 1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verib. Erməni millətçiləri Əsgəranda daha iki azərbaycanlını qətlə yetiriblər.

 

25 fevral 1992 – Azərbaycanla Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlər qurulub. Yəmən Ərəb Respublikası ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi