“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.10.2013, 09:16
1488

5 oktyabr

A- A+

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı ildə UNESCO-nun qərarı ilə təsis edilib...

Azərbaycan

 

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib. Dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd edilir.

 

5 oktyabr 1901 - Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. Maarifçi-yazar Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilən məktəb Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.

 

5 oktyabr 1928 – Tanınmış ədəbiyyatşünas Məsud Əlioğlu (1928- 1973) Qubadlı rayonunun Mahmudlu kəndində anadan olub. Xalq yazıçısı Əli Vəliyevin oğludur.

 

5 oktyabr 1935 - Məşhur bəstəkar, Xalq artisti, professor Xəyyam Mirzəzadə anadan olub. "Ağlar və qaralar" baleti, simfoniyalar, populyar mahnıların müəllifidir. 30-dan artıq kinofilmə, teatr tamaşalarına musiqi yazıb. 

 

5 oktyabr 1938 - Azərbaycan Dövlət Dram Teatrında Səməd Vurğunun “Vaqif” dramının ilk tamaşası olub.

 

5 oktyabr 1982 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Təhmasib (12.4.1907 – 1982) vəfat edib. "Kitabi Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.

 

5 oktyabr 2002 - Azərbaycan Milli Televiziya və Radio Şurası yaradılıb.

 

Dünya

 

5 oktyabr 1713 - Böyük fransız mütəfəkkiri, maarifçi, dramaturq Deni Didro (Denis Diderot; 1713-1784) anadan olub. Məşhur fransız “Ensiklopediya” sının (“İzahlı elm, sənət və peşə lüğəti”) redaktoru və müəlliflərindən biri olub.

 

5 oktyabr 1864 - Kinematoqrafı kəşf etmiş fransız Lümer qardaşlarından Lui Jan Lümer (1864-1948) anadan olub.

 

5 oktyabr 1936 - Məşhur çex yazıçısı və dramaturqu, dövlət xadimi Vatslav Havel (Vaclav Havel; 1936-2011) anadan olub. Pyesləri: “Həyat irəlidədir”, “Bağda bayram”, “Sui-qəsdçilər” və s. Çexiyanın prezidenti (1993-2003) olub.

 

5 oktyabr 1943 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti İnna Çurikova anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Həmin o Münhauzen”, “Vassa” və s.

 

5 oktyabr 1944 - Rusiyanın Xalq artisti Aleksandr Mixaylov anadan olub. Filmləri: “Savoyanın oğurlanması”, “Kişilər”, “İlantutan” və s.

 

5 oktyabr 1975 – İngilis kinoaktrisası, “Oskar” mükafatı laureatı Keyt Uinslet (Kate Elizabeth Winslet) anadan olub. Filmləri: “Titanik”, “Dəyişikliklər yolu”, “Oxucu” . 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi