17 oktyabr
17 oktyabr 2003 - Görkəmli şair, publisist Nüsrət Kəsəmənli vəfat edib...
Azərbaycan
17 oktyabr 1905 - Məşhur yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.
17 oktyabr 1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. Bakı kinostudiyasında 10-dan çox sənədli film çəkib.
17 oktyabr 1924 – Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924-17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
17 oktyabr 1936 – Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 - 7.1.1999) anadan olub. Əsərləri: “Qızıl yəhərli at”, “Çılpaq”. “Vulkana doğru” üçseriyalı filmin ssenari müəllifidir.
17 oktyabr 2003 - Görkəmli şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 - 2003) vəfat edib. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifıdir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.
Dünya
17 oktyabr 1760 - Fransız mütəfəkkiri və sosioloqu Klod Sen-Simon (Claude-Henri de Rouvroy, Comte de Saint-Simon; 1760-1825) anadan olub.
17 oktyabr 1849 - Dünya şöhrətli polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin, 22.2.1810 - 1849) vəfat edib.
17 oktyabr 1915 - Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller, 1915-2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.
17 oktyabr 1920 - Amerika kinorejissoru Montqomeri Klift (Montgomery Clift, 1920-1966) anadan olub.
17 oktyabr 1931 - Rus yazıçısı Anatoli Pristavkin (1931- 11.7.2008) anadan olub. Əsərləri: “Qızıl bulud gecələyərdi...”, “Ölüm kölgəsinin vadisi”, “Qızıl cəllad” və s.
17 oktyabr 1972 - Türk estrada ulduzu Tarkan Tevetoğlu Almaniyanın Frankfurt şəhəri yaxınlığındakı Alzey qəsəbəsində doğulub. 1986-cı ildən Türkiyədə yaşayır.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: