“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.10.2013, 09:18
1558

6 oktyabr

A- A+

6 oktyabr 1956 - Tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı Cəlilabad rayonunun Tahirli kəndində doğulub...

Azərbaycan

 

6 oktyabr 1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətini nəzərə alaraq vilayətin mərkəzi olan Xankəndi qəsəbəsinin adının dəyişdirilərək Stepanakert adlandırılması barədə qərar qəbul edib.1923-cü il iyulun 7-də Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra Xankəndinin adının dəyişdirilməsi əslində bölgənin erməniləşdirilməsinin başlanğıcı idi.

 

6 oktyabr 1956 - Tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı (Nurəddin Əzulla oğlu Quliyev) Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1978-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “İşarəni dənizdən gözləyin”, “Məhkumlar”, “Cavad xan”, “İlahi məxluq” filmlərində çəkilib.

 

6 oktyabr 1975 - Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.

 

Dünya

 

6 oktyabr “Dünya təbii yaşayış məskənlərinin mühafizəsi günü”dür. 1979-cu ildə Avropa Şurasının “Flora və faunanın, təbii yaşayış məskənlərinin qorunması haqqında Bern konvensiyası”nın əsasında təsis edilib.

 

6 oktyabr 1882 - Polyak bəstəkarı və pianoçusu Karol Şimanovski (Karol Maciej Szymanowski, 1882-1937) anadan olub.

 

6 oktyabr 1887 - Fransa-İsveçrə memarı, memarlıqda modernizmin banilərindən biri, rəssam və yazıçı Şarl Eduar le Korbüze (Charles Edouard Le Corbusier - Charles Edouard Jeanneret-Gris, 1887-1965) anadan olub.

 

6 oktyabr 1900 - Məşhur gürcü aktrisası, SSRİ Xalq artisti Veriko Ancaparidze (1900 - 31.1.1987) anadan olub. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində (Ana) çəkilib.

 

6 oktyabr 1914 - Dünya şöhrətli Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl, 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib. Alimin vikinqlərin (qədim norveçlilər) köklərinin Azərbaycanla bağlı olması barədə fikri elmi dairələrdə böyük rezonans doğurub. 

 

6 oktyabr 1923 - Məşhur Türkiyə yazıçısı, şair Yaşar Kamal (Kamal Sadık Gökceli; 1923 - 28.2.2015) anadan olub. "İncə Memed", "Tənəkə", "Yağmurcuq quşu", "İlanı öldürsələr", "Qanın səsi" romanları, "Sarı hərarət" hekayələr toplusu və s. əsərlərin müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.   

 

6 oktyabr 1940 - Məşhur Litva aktyoru Yuozas Budraytis (Juozas Budraitis) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Qalxan və qılınc”.

 

6 oktyabr 1940 – Rusiyanın Xalq artisti, məşhur aktyor Viktor Pavlov (1940-2006) doğum günüdür. Filmləri: “I əməliyyatı və başqa Şurikin macəraları”, “Görüş yerini dəyişmək olmaz”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi