“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.10.2013, 09:46
986

12 oktyabr

A- A+

12 oktyabr 1990 – Tanınmış saz-söz ustadı Mikayıl Azaflı vəfat edib...

Azərbaycan

 

12 oktyabr 1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu ərazisində) Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış (Lənkəran) xanlıqları, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib. Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı. 15 il sonra (10 fevral 1828-ci il) Rusiya ilə İran arasında ikinci müharibənin nəticəsi olaraq bağlanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları da ruslar tərəfindən ilhaq edildi.

 

12 oktyabr 1945 - İlahiyyatçı alim, din xadimi Hacı Sabir Hüseyn oğlu Həsənli anadan olub.

 

12 oktyabr 1961 - Tarzən, Əməkdar artist Malik Məmməd oğlu Mansurov anadan olub.

 

12 oktyabr 1990 – Tanınmış saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 21.3.1924- 1990) vəfat edib. "Mikayıl Azaflı və Narinc xatın" dastanı, "Azaflı dübeyti", "Azaflı gəraylısı" və s. məcmuələrinin müəllifidir. "Qoca qartal" şeirlər kitabı Bakıda (1987) və Türkiyədə (1989) nəşr olunub.

 

12 oktyabr 1997 - "Space" televiziyası yayıma başlayıb. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən proqramlar, informasiya buraxılışları, analitik verilişlər, tok-şou, musiqili-əyləncəli, intellektual oyun və s. veririşlərdən ibarətdir. 2006-cı ildən televiziyaya tanınmış rejissor, Xalq artisti Vaqif Mustafayev rəhbərlik edir.

 

Dünya

 

12 oktyabr 1896 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale, 1896-1981) anadan olub.

 

12 oktyabr 1924 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16 .4. 1844 - 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.

 

12 oktyabr 1935 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 1935 - 6.9.2007) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 16

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 60

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 338

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 396

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 339

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 407

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 568

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1291

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 584

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 523

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 454

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 351

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 333

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 125

Redaktorun seçimi