“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.10.2013, 09:51
1513

2 oktyabr

A- A+

2 oktyabr 1897 - Görkəmli şairə Xurşudbanu Natəvan vəfat edib...

Azərbaycan

 

2 oktyabr 1897 - Görkəmli şairə, maarifçi və xeyriyyəçi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan (1832 - 1897) vəfat edib.  Şuşada "Məclisi-üns" ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur. Rəssamlıq, bədii tikmə ilə də məşğul olub. Xeyriyyəçiliyi ilə tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.

 

2 oktyabr 1924 - Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.

 

2 oktyabr 1935 - Şair, yazıçı, tərcüməçi Səyavuş İmran oğlu Məmmədzadə anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib. 

 

2 oktyabr 1975 - Azərbaycanda «Sovet ədəbiyyatı günləri» mədəniyyət həftəsi (2-8 oktyabr) başlanıb.

 

2 oktyabr 1979 - Azərbaycanda «Ukrayna ədəbiyyatı və incəsənəti günləri» (2-11 oktyabr) başlanıb.

 

2 oktyabr 1981 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (5.12.1921- 1981) vəfat edib. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 

 

2 oktyabr 1982 - Gəncədə Nizami Gəncəvinin xatirə muzeyi açılıb.

 

2 oktyabr 1992 - Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocavənd rayonunun mərkəzini (keçmiş Martuni) və kəndlərini bütünlüklə ələ keçiriblər. Xocavənd rayonu 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının əsasında (ərazisi 1458 kv km) yaradılmışdı. Rayon bir şəhər (Xocavənd-Martuni), iki iri qəsəbə (Qırmızıbazar və Hadrut), 83 kənddən (o cümlədən azərbaycanlılar yaşayan 30-dək kənd) ibarətdir. 1992-ci ilin avqustunda Azərbaycan Ordusunun hissələri Xocavənd şəhərini və rayonun bir sıra kəndlərini nəzarətə götürsələr də, sonradan bu mövqeləri itirdilər.

 

Dünya

 

2 oktyabr 1832 - Görkəmli ingilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor, 1832-1917) anadan olub.

 

2 oktyabr 1869 - Hindistanda milli-azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi, 1869-1948) anadan olub.

 

2 oktyabr 1904 - İngilis yazıçısı Qreem Qrin (Graham Greene, 1904-1991) anadan olub.

 

2 oktyabr 1914 - Məşhur sovet diktoru, SSRİ-nin Xalq artisti Yuri Levitan (1914-1983) anadan olub.

 

2 oktyabr 1951 - Dünya şöhrətli ingilis rok müğənnisi Stinq (Sting - Gordon Matthew Thomas Sumner) anadan olub.

 

2 oktyabr 1951 - Amerika müğənnisi və aktrisası Romina Pauer (Romina Francesca Power) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi