“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.10.2013, 10:19
1434

30 oktyabr

A- A+

30 oktyabr 2005 - Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə vəfat edib...

Azərbaycan

 

30 oktyabr 1880 - Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 – 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. 1905-ci ildən məşhur xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvilli ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib, xarici ölkələrdə konsertlər verib. 1920-ci ildən Opera və Balet Teatrını solisti olub.

 

30 oktyabr 1907 - Tanınmış jurnalist, tərcüməçi və naşir Adil Əfəndiyev (1907-1973) Gürcüstanın Axalsix rayonunda anadan olub. «Azərnəşr»in direktoru, Dövlət Mətbuat Komitəsi sədrinin müavini işləyib. Azərbaycan Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-Azərbaycanca 4-cildlik lüğətin tərtibçisi və redaktoru olub, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.

 

30 oktyabr 1928 - Görkəmli sənətşünas alim, akademik Rasim Əfəndiyev (1928 - 13.2.2010) Qazaxda doğulub. 30-dək kitabın müəllifi, Azərbaycan milli sənətşünaslıq tarixi məktəbinin banilərindən biridir. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, «Azərbaycan daş plastikası» kitabları xarici dillərə tərcümə olunub. Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.

 

30 oktyabr 1930 - Azərbaycan Yazıçılar İttifaqının “Hücum” jurnalı nəşrə başlayıb.

 

30 oktyabr 1941 – Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Oqtay Ələkbər oğlu Babazadə anadan olub. AzTV-də lentə alınan 100-dən çox musiqili, sənədli filimin rejjissoru və ssenari müəllifidir. 

 

30 oktyabr 1943 - Xalq rəssamı, görkəmli qrafika ustası Arif Hüseynov Bakıda anadan olub. Azərbaycan nağıllarına, Sabirin “Hophopnamə”sinə, bir çox nəşrlərə illüstrasiyaların , Novruz mövzusunda rəngarəng əsərlərin müəllifidir. Moskva, Praqa, Tokio, Ankara və s. şəhərlərdə sərgiləri keçirilib. Xətai Miniatür Sənəti Mərkəzinin yaradıcılarındandır. 

 

30 oktyabr 1948 - Yazıçı-dramaturq Əli Məmməd oğlu Əmirli Ağdamda doğulub. "Meydan", "Axirətdən qabaq gəzinti", "Ölü doğan şəhər" romanlarının, "Bala bəla sözündəndir", "Köhnə ev", "Ağqoyunlular və qaraqoyunlular", “Yeddi məhbusə”, “Mesenat”, "Varlı qadın" və s. pyeslərin müəllifdir.

 

30 oktyabr 1992 - Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısı (29-31 oktyabr) başa çatıb. Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edirdi. Bu toplantı ilə türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərinin əsası qoyulub. Növbəti sammitlər: 1994 - İstanbul, 1995 - Bişkek, 1996 - Daşkənd, 1998 - Astana, 2000 – Bakı, 2001 - İstanbul, 2006 - Antalya, 2009 - Naxçıvan, 2010 – İstanbul, 2011 – Almatı, 2013 - Qəbələ, 2014 - Bodrum.

 

30 oktyabr 2005 - Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950, Bakı, Nardaran - 2005) vəfat edib. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, bir sıra populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.

 

Dünya

 

30 oktyabr 1751 - İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan, 1751-1816) anadan olub.

 

30 oktyabr 1762 - Görkəmli fransız şairi Andre Şenye (Andre Marie de Chenier, 1762-1794) anadan olub.

 

30 oktyabr 1839 - İngilis əsilli Fransa rəssamı, impressionizmin tanınmış nümayəndəsi Alfred Sisley (1839-1899) anadan olub.

 

30 oktyabr 1855 - Rus yazıçısı, dramaturq, sənətşünas-tarixçi Pyotr Petroviç Qnediç (1855-1925) anadan olub.

 

30 oktyabr 1871 - Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery - Ambroise Paul Toussaint Jules Valery, 1871-1945) anadan olub.

 

30 oktyabr 1937 - Məşhur fransız rejissoru, ssenarist, operator, aktyor  Klod Leluş (Claude Lelouch) anadan olub.  “Qadın və kişi” filmi filminə görə iki “Oskar” mükafatı (1966, ən yaxşı xarici film və ssenari) alıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi