“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.10.2013, 09:12
1844

29 oktyabr

A- A+

29 oktyabr 1949 - Tamaşalarda və filmlərdə yaddaqalan obrazlar yaratmış aktyor Şahin Cəbrayılov anadan olub...

Azərbaycan

 

29 oktyabr 1937 - Görkəmli dirijor, Xalq artist, professor Rauf Abdullayev anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur, 1991-1994 illərdə Ankara Dövlət Opera və Balet Teatrının baş dirijoru işləyib.

 

29 oktyabr 1941- Xalq artisti Ağaxan Əli oğlu Salmanlı Bakıda anadan olub. Uzun illərdir ki, Gənc Tamaşaçılar Teatrında çalışır. Televiziya tamaşalarında (“Ordan-burdan”, “Nigarançılıq” və s. ) çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.

 

29 oktyabr 1949 - Aktyor Şahin Cəbrayılov (1949 – 5.9.2007) anadan olub. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”, “Topal Teymur”), filmlərdə (“Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər”, “Qızıl uçurum”) yaddaqalan obrazlar yaradıb.

 

29 oktyabr 1993 - Ermənistan silahlı qüvvələri Zəngilan rayonunu, habelə Cəbrayıl və Füzuli rayonlarının Arazboyu yaşayış məntəqələrini işğal ediblər. Zəngilan rayonun 707 kv km-lik ərazisi (rayon mərkəzi və 93 yaşayış məntəqəsi) erməni qüvvələrinin əlinə keçib. Rayonun 35 min nəfər əhalisi didərgin düşüb. Erməni təcavüzü zamanı rayonun 200-dək sakini həlak olub. Zəngilan qədim abidələri, zəngin təbii sərvəti, dünyada məşhur olan nadir çinar meşələri ilə tanınırdı. Rayonun sosial-iqtisadi infrastrukturu, 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol stansiyası, 2 şərab zavodu, konserv zavodu, dəmir yol deposu və s. qəsbkarlar tərəfindən talan edilib.

 

Dünya

 

29 oktyabr 1863 - Beynəlxalq Qırmızı Xaç Komitəsinin (International Committee of the Red Cross - ICRC) yarandığı gündür. İsveçrəli iş adamı, xeyriyyəçi və ictimai xadim Anri Dünan (Jean Henri Dunant, 1828-1910) tərəfindən təsis edilən humanitar təşkilat silahlı münaqişələrdən zərər çəkənlərə yardım göstərir.

 

29 oktyabr 1947 - Amerika aktyoru, “Oskar” laureatı Riçard Dreyfus (Richard Stephen Dreyfuss) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi