“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.10.2013, 10:00
1742

26 oktyabr

A- A+

Böyük ədib Hüseyn Cavidin nəşi Rusiyanın İrkutsk vilayətindən gətirilərək Naxçıvanda da dəfn edilib...

Azərbaycan

 

26 oktyabr 1925 - Ədəbiyyatşünas, publisist, nasir Qafar Herisçi (1925 - 24.5.1997) anadan olub. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi milli hərəkatda fəal iştirak edib. 

 

26 oktyabr 1946 - Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov anadan olub. Əsərləri: “Dənizə gedən yol”, “Mərdəkanda həyət”, “Bulud və dəniz”, “Qalada bahar”, “Dağlarda” və s. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədridir. “Şöhrət” (2006), “Şərəf” (2016) ordenləri ilə təltif edilib. 

 

26 oktyabr 1948 – Yazıçı-publisist Ağarəhim Rəhimov Ucar rayonunun Boyat kəndində doğulub. "Gəlinqayada qoşa məzar", "Qoşa qanad" və s. kitabların müəllifidir. "Canavar balası", "Qırmızı qar" ssenariləri əsasında bədii filmlər çəkilib.

 

26 oktyabr 1982 - Azərbaycan SSR-in rəhbəri, respublika KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə böyük ədib Hüseyn Cavidin nəşi Rusiyanın İrkutsk vilayətindən gətirilərək Naxçıvanda da dəfn edilib.

 

Dünya

 

26 oktyabr 1685 - İtalyan bəstəkarı Domeniko Skarlatti (Giuseppe Domenico Scarlatti, 1685-1757) anadan olub.

 

26 oktyabr 1819 - Yəhudi əsilli Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt, 1819-1887) anadan olub.

 

26 oktyabr 1842 - Görkəmli rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşaqin (1842-1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.

 

26 oktyabr 1880 - Rus poeziyasında simvolizmin banilərindən biri, şair, yazıçı, ədəbiyyatşünas Andrey Belıy (əsl adı Boris Nikolayeviç Buqayev, 1880-1934) anadan olub.

 

26 oktyabr 1912 - Amerika kinorejissoru, “Oskar” laureatı Don Siqel (Donald Siegel, 1912-1991) anadan olub. Filmləri: “Gecədə ulduz”, “Qatillər”, ”Hitler sağdır” və s.

 

26 oktyabr 1926 – Rusiyanın Xalq artisti, aktyor Vladimir Terentyeviç Kaşpur (1926-2009) anadan olub. Filmləri: “Əsgər haqqında ballada”, “Batalyonlar atəş istəyir” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi