“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.09.2013, 10:11
2083

25 sentyabr

A- A+

25 sentyabr 1906 - Böyük rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Şostakoviç anadan olub...

Azərbaycan

 

25 sentyabr 1890 - Folklorşünas alim Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.

 

25 sentyabr 1913 - Teatr rəssamı Nüsrət Fətullayev (1913-1.10.1987) anadan olub. Uzun illər Milli Dram Teatrının baş rəssamı olub.

 

25 sentyabr 1913 - Yazıçı Şəmistan Yusif oğlu Əsgərov (1913-1985) anadan olub.

 

25 sentyabr 1935 – Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 - 6.6.1997) anadan olub.

 

25 sentyabr 1946 - Xalq artisti, opera müğənnisi Şahlar Quliyev anadan olub. 1975-ci ildən Opera və Balet Teatrının solistidir: «Leyli və Məcnun»da Nofəl, «Şah İsmayıl»da Aslan şah, «Arşin mal alan»da Süleyman, «Koroğlu»da Həsən xan və s.

 

25 sentyabr 1956 – Aktrisa Marina Litvinenko anadan olub. 1987-ci ildən Musiqili Komediya Teatrına çalışır. “Güllələnmə təxirə salınır!”, “Biz qayıdacağıq” filmlərinə çəkilib, “Bakılı oğlanlar” KVN teatrında çıxış edir.

 

Dünya

 

25 sentyabr 1765 - Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski, 1765-1833) anadan olub. Məşhur əsərləri: “Vətənlə vida” (polonez), “Zelida və Valkur, və ya Bonapart Qahirədə” (opera) və s.

 

25 sentyabr 1881 - Müasir Çin ədəbiyyatının banisi Lu Sin (1881-1936) anadan olub.

 

25 sentyabr 1897 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1949) laureatı Uilyam Folkner (William Cuthbert Faulkner, 1897-1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.

 

25 sentyabr 1906 - Böyük rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 - 9.8.1975) anadan olub. “Burun”, “Msen qəzasının ledi Makbeti” operaları, “Qızıı əsr”, “İşıqlı bulaq” baletləri, “Moskva, Çeremuşki” operettası, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Konservatoriyasında Q.Qarayev, G.Sviridov kimi gələcəyin məşhur bəstəkarlarına dərs deyib.

 

25 sentyabr 1920 - Məşhur rus aktyoru və rejissoru Sergey Bondarçuk (1920-1994) anadan olub. Filmləri: “İnsanın taleyi”, “Hərb və sülh”, “Onlar Vətən uğrunda vuruşmuşlar” və s.

 

25 sentyabr 1944 - Amerika kinoaktyoru, prodüser, ssenarist Maykl Duqlas (Michael Kirk Douglas) anadan olub. Filmləri: “Qu quşunun yuvası üzərindən uçarkən” (“Oskar”, 1975, prodüser), “Uoll-Strit” (“Oskar”, 1987, aktyor), “Əsas instinkt” və s.

 

25 sentyabr 1952 - Məşhur ispan kinorejissoru Pedro Almodovar (Pedro Almodovar Caballero) anadan olub. İki dəfə “Oskar” mükafatı laureatıdır: “Hər şüy anam haqqında” (1999), “Onunla danış” (2002). 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi