“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.09.2013, 10:06
1538

24 sentyabr

A- A+

24 sentyabr 1928 - Görkəmli kinorejissor Arif Babayev Bakıda anadan olub...

Azərbaycan

 

24 sentyabr 1928 - Görkəmli kinorejissor Arif Hacağa oğlu Babayev (1928-26.8.1983) Bakıda anadan olub. Filmləri: “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.

 

24 sentyabr 1936 - Xalq artisti, tanınmış bədii-qiraət ustası Əminə Yusifqızı anadan olub. Gənc Tamaşaçılar, Milli Dram teatrlarında, "Azərbaycanfilm"də  çalışıb, bir çox filmlərin dublyajında iştirak edib, "Şərikli çörək", "Sən nə üçün susursan" və s. filmlərdə, televiziya tamaşalarında çəkilib.

 

24 sentyabr 1952 – Əməkdar artist Xalidə Camal qızı Quliyeva (Qasımova) anadan olub. Filmləri: «Nəsimi» (Fatma), «Bakıda küləklər əsir» (Solmaz), «Tütək səsi (Milli), «Xoşbəxtlik qayğıları» (Xalidə) və s.

 

Dünya

 

24 sentyabr 1896 - Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald, 1896 - 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.

 

24 sentyabr 1896 - Rus əsilli fransız yazıçısı Elza Triole (Elza Yuryevna Kaqan; 1896-1970) anadan olub.

 

24 sentyabr 1934 - İngilis fantast-yazıçısı Con Branner (John Kilian Houston Brunner, 1934-1995) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi