“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.09.2013, 10:08
1076

3 sentyabr

A- A+

3 sentyabr 1951 - Görkəmli aktyor, Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuri Bakıda anadan olub...

Azərbaycan

 

3 sentyabr 1916 – Rəssam, Əməkdar incəsənət xadimi Əyyub Museyib oğlu Huseynov (1916 - 17.4.1998) Naxcıvan MR Şərur rayonunu Xok kəndində anadan olub. Əsərləri: “Araz sahilində”, “Şahbuz”, “Yağışdan sonra”, “Yaylaqda”, “Cobanlar” və s.

 

3 sentyabr 1931 - Xalq rəssamı, Prezident təqaüdçüsü Oqtay Yusif oğlu Şıxəliyev (1931-31.1.2012) Bakıda anadan olub. Azərbaycanın ilk professional monumentalçı rəssamlarından biridir.

 

3 sentyabr 1951 - Görkəmli aktyor, Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuri Bakıda anadan olub. 1974-cü ildən Akademik Milli Dram Teatrının aktyorudur. Televiziya tamaşalarında ("Yollar görüşəndə...", "Qatarda", "Evləri köndələn yar", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, "Göz həkimi", "Ac həriflər", “Yarımştat”  və s.), kinoda ("Yol əhvalatı", “Tənha narın nağılı”, "Yaramaz", “Bəyin oğurlanması", “Lətifə", "Qətl günü", “Yuxu” və s.) yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

3 sentyabr 1883 - Görkəmli rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818-1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu” “Asya”, “Bahar suları” povestləri və s.

 

3 sentyabr 1927 - Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı” və s.

 

3 sentyabr 1928 - Moldova yazıçısı və dramaturqu İon Druse (İvan Drusa) anadan olub. Əsərləri: “Mehribanlığımızın yükü”, “Ağ kilsə” romanları, “Kasa mare”, “Zınqırovlu kürən madyan” pyesləri və s.

 

3 sentyabr 1941 - Rus yazıçısı Sergey Dovlatov (1941-1990) anadan olub. 1978-ci ildə ABŞ-a mühacirət edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi