“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.09.2013, 10:28
1516

1 sentyabr

A- A+

1 sentyabr 1924 - Məşhur Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev vəfat edib...

Azərbaycan

 

1 sentyabr 1900 - Məşhur sirk pəhləvanı, peşəkar güləşçi Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) anadan olub.

 

1 sentyabr 1919 - Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Parlament həmçinin hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi.

 

1 sentyabr 1920 - Bakıda Şərq Xalqlarının I Qurultayı keçirilib.

 

1 sentyabr 1920 – Görkəmli tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 – 16.8.2002) Şəkidə anadan olub. AMEA-nın Tarix İnstitutunun direktor müavini, “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri vəzifələrində çalışıb. “Azərbaycan tarixi” kitabının müəllifi, 7 cildlik «Azərbaycan tarixi»nin IV və V cildlərinin məsul redaktoru olub.

 

1 sentyabr 1924 - Məşhur Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (10.1.1838 - 1924) vəfat edib. Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) Tağıyevin köməyi sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları Tağıyevin köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.

 

1 sentyabr 1930 - Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930-2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq və gənclər üçün 40-a yaxın kitabın, 30-dək səhnə əsərinin muəllifidir. 

 

1 sentyabr 1930 – Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930-2.4.2012) anadan olub.

 

1 sentyabr 1937 – Aktyor, Əməkdar incəsənət xadimi Siyavuş Şəfiyev (1937 – 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?" (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm) “Ən vacib müsahibə” (Altay) filmlərində maraqlı obrazlar yaradıb.

 

1 sentyabr 1938 - Şair, yazıçı Əlağa Mərdanlı anadan olub. Əsərləri: "Dan ulduzu", "Dördüncü meyit" romanları və s. 

 

1 sentyabr 1941 - Əməkdar mədəniyyət işçisi, şair, publisist Tofiq Abdin (Tofiq Məhərrəm oğlu Abdinov; 1941 - 24.2.2014) Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. “Qobustan” jurnalı, “Mədəniyyət” qəzeti və digər nəşrlərdə çalışıb.

 

1 sentyabr 1949 - Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb. Sovet hökuməti 1931-ci ildə ölkədə icbari ibtidai təhsil (1-3-cü sinif) barədə qərar qəbul etmişdi. Həmin qərara əsasən, 30-cu illərin sonunda 7-illik təhsilə keçid həyata keçirilməli idi. Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı xeyli ləngitmişdi. 1959-cu ildə icbari 8-illik təhsilə (natamam orta təhsil), 1966-cı ildə isə icbari 10-illik təhsilə (tam orta təhsil) keçid təmin olundu.

 

1 sentyabr 2009 – Tanınmış təsviri sənət ustası, Xalq rəssamı, Prezident təqaüdçüsü Yusif İsmayıl oğlu Hüseynov (15.10.1928, Bakı - 2009) vəfat edib.

 

Dünya

 

1 sentyabr 1854 - Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck, 1854-1921) anadan olub.

 

1 sentyabr 1875 - Məşhur Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs 1875-1950) anadan olub. Tarzan haqqında romanların (26 roman), elmi-fantastik janrda “Marslılar” seriyasından əsərlərin müəllifidir.

 

1 sentyabr 1896 – Məşhur hind yazıçısı və din xadimi, Krişna hərəkatının yaradıcısı Bxaktivedanta Svami Prabxupada (1896-1977) anadan olub.

 

1 sentyabr 1922 - İtalyan aktyoru Vittorio Qassman (Vittorio Gassman) (1922-2000) anadan olub.

 

1 sentyabr 1945 – Türk yazıçısı Mustafa Balel anadan olub. “Peyğəmbər çiçəyi”, “Asmalı pəncərə”, “Şənbəyə çoxmu var?” (uşaqlar üçün) və s. romanların müəllifidir.

 

1 sentyabr 1957 - Kuba əsilli Amerika müğənnisi Qloriya Estefan (Gloria Estefan - Gloria Maria Milagrosa Fajardo) anadan olub.

 

1 sentyabr 1970 – Məşhur fransız yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885-1970) vəfat edib. Əsərləri: “Keçmiş zamanlarln yeniyetməsi”, “Məhəbbət səhrası” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi