“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.09.2013, 09:55
1204

10 sentyabr

A- A+

10 sentyabr 1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov Gəncədə doğulub...

Azərbaycan

 

10 sentyabr 1917 - Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917- 24.11.1994) Ordubadda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından biri olub.

 

10 sentyabr 1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (1931 - 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas partiyaları ifa edib.

 

10 sentyabr 1935 - Ədəbiyyatşünas, tərcüməçi, publisist Maqsud İbrahim oğlu Hacıyev anadan olub.

 

10 sentyabr 1947 - Nasir, publisist Mustafa Çəmənli (Mustafa Şura oğlu Mustafayev) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. “İtirilmiş səs” “Səs qərib olmur”, “Muğam dünyasının Xanı”, “Burdan bir atlı keçdi”, “Ruhların üsyanı”, “Xallı gürzə” (tarixi roman) və s. kitabların müəllifidir.

 

Dünya

 

10 sentyabr 1839 - Amerika filosofu, praqmatizm və semiotikanın banilərindən biri Çarlz Sanders Pirs (Charles Sanders Peirce, 1839-1914) anadan olub.

 

10 sentyabr 1872 - Rus yazıçısı, etnoqraf, səyyah, Uzaq Şərqin tədqiqatçısı Vladimir Arsenyev (1872-1930) anadan olub. Əsərləri: ”Dersu Uzala”, “Tayqanın arasında”, “Vulkanın kraterində” və s.

 

10 sentyabr 1912 - Məşhur Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup, 1912-1988) anadan olub.

 

10 sentyabr 1914 - Amerika kinorejissoru Robert Uayz (Robert Wise; 1914-2005) anadan olub. İki dəfə «Oskar» laureatıdır: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.

 

10 sentyabr 1934 – Türk mənşəli (Krım tatarı) məşhur Ukrayna bəstəkarı Ələmdar Karamanov (1934-2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.

 

10 sentyabr 1948 - Məşhur rus kinoaktoyru İqor Kostolevski anadan olub. Filmləri: “Asya”, “Qaraj”, “Tehran-43” və s.

 

10 sentyabr 1955 - Rusiyanın məşhur estrada müğənnisi Larisa Dolina (Kudelman) Bakıda doğulub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi