“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.09.2013, 10:13
1380

4 sentyabr

A- A+

4 sentyabr 2003 - Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə vəfat edib...

Azərbaycan

 

4 sentyabr 1924 - Məşhur tarzən, Əməkdar artist Əhsən Əliabbas oğlu Dadaşov (1924 - 30.5.1976) Bakıda olub. Tarzənin ifasında lentə alınan “Rast”, “Hümayun”, “Çahargah”, “Bayatı-Şiraz” və s. muğamlar Azərbaycan radiosunun qızıl fondunda saxlanılır. 1960-cı ildə Azərbaycan Televiziyası və Radiosunun nəzdində “Xatirə” xalq çalğı alətləri ansamblını yaradıb. Hazırda kollektiv Əhsən Dadaşovun adını daşıyır.

 

4 sentyabr 1950 - Şairə Aləmzər Məmməd qızı Əlizadə Gəncədə anadan olub. Uşaqlar üçün “Sarı eynək”, “Küsən güllər”, “Şəfəqin sırğaları”, “Ətirli kəpənək” Və s. kitabların müəllifidir.

 

4 sentyabr 2003 - Görkəmli yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921-2003) vəfat edib. "Aləmdə səsim var mənim" (Seyid Əzim Şirvani haqqında), "Yad et məni" (Abbas Səhhət), "Bakı-1501" (Xətai), "Eldən elə" (coğrafiyaşünas Zeynalabdin Şirvani) və s. romanların müəllifidir. "Fatma xanım Kəminə", "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" (iki cilddə) və s. kitabları tərtib edib.

 

Dünya

 

4 sentyabr  973 - Orta əsr ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 973 - 11.12.1048) Xarəzm vilayətinin Kət şəhərində doğulub.

 

4 sentyabr 1768 - Fransa ədəbiyyatında romantizm cərəyanın banilərindən biri Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand, 1768-1848) anadan olub. “Xristianlığın üzrü”, “Atalla və ya iki vəhşinin səhrada sevgisi”, “Rene və ya ehtirasların nəticəsi” romanlarının müəllifidir.

 

4 sentyabr 1791 - Alman bəstəkarı, Cakomo Meyerber (Yakob Mayer Ber, 1791-1864) anadan olub. Böyük həcmli operaların müəllifi kimi tanınıb: “Robert-şeytan”, “Quqenotlar” və s.

 

4 sentyabr 1809 - Məşhur polyak şairi Yuliuş Slovaski (1809-1849) anadan olub.
 

4 sentyabr 1892 - Fransız bəstəkarı  Darius Miyo (Darius Milhaud, 1892-1974) anadan olub. Əsərləri: “Bədbəxt matros”, “Xristofor Kolumb” operaları, “Dünyanın yaranışı” baleti və s.

 

4 sentyabr 1904 - Fransız kinorejissoru Kristian Jak (Christian-Jaque (Maudet); 1904-1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi),  “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.

 

4 sentyabr 1913 - İtalyan kinorejissoru Renato Kastellani (Renato Castellani; 1913-1985) anadan olub. Filmləri: “Romeo və Cülyetta”, “Cüzeppe Verdi”, “Leonardo da Vinçinin həyatı” və s.

 

4 sentyabr 1952 - Məşhur hind aktyoru Rişi Kapur (Rac Kapurun oğlu) anadan olub. Filmləri: “Bobbi”, “Qisasçı”, “Belə yalançı”, “Qara şahzadə Acuba” (sovet-hind filmi) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi