“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.09.2013, 10:35
1779

21 sentyabr

A- A+

21 sentyabr Beynəlxalq Sülh Günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilib...

Azərbaycan

 

21 sentyabr 1493 - Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. Şah İsmayılın, sonra isə onun oğlu şah Təhmasibin zamanında Səfəvi sarayının rəssamı olub, dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub. 

 

21 sentyabr 1938 - Şair, yazıçı Nurəngiz Gün (Quliyeva; 1938 - 20.12.2014) anadan olub.  Azərbaycan Televiziyasının diktoru olub. “Var olun, qızlar...” filmində (1972, Zeynəb) çəkilib. 

 

21 sentyabr 1959 – Tanınmış ədəbiyyatşünas alim, professor Nizami Qulu oğlu Cəfərov Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 2001-ci ildən AMEA-nın müxbir üzvü, 2002-ci ildən Milli Məclisin deputatı, 2001-ci ildən Azərbaycan Atatürk Mərkəzinin direktorudur.

 

Dünya

 

21 sentyabr Beynəlxalq Sülh Günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “qlobal atəşkəs və zorakılıqsız gün kimi” təsis edilib.
 

21 sentyabr 1866 - Məşhur ingilis yazıçısı Herbert Uells (Herbert George Wells, 1866-1946) anadan olub.
 

21 sentyabr 1911 - Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.
 

21 sentyabr 1947 - Amerika yazıçısı Stiven Kinq (Stephen Edwin King) anadan olub.

 

21 sentyabr 1950 - Amerika aktyoru Bill Mürrey (William James Bill Murray) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi