“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.09.2013, 09:39
1549

29 sentyabr

A- A+

29 sentyabr 1833 - Şair, rəssam, xəttat, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab Şuşada doğulub...

Azərbaycan

 

29 sentyabr 1833 - Şair, rəssam, xəttat, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. "Təzkireyi-Nəvvab" toplusunda Qarabağda doğulmuş 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplayıb. Şuşada "Məclisi-fəramuşan" ədəbi məclisini təşkil edib.

 

Dünya

 

29 sentyabr 1547 - Görkəmli ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra, 1547 - 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə dünya şöhrəti qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).

 

29 sentyabr 1703 - Fransız rəssamı Fransua Buşe (François Boucher, 1703-1770) anadan olub.

 

29 sentyabr 1810 - İngilis yazıçısı Elizabet Qaksell (Elizabeth Cleghorn Gaskell, 1810-1865) anadan olub.

 

29 sentyabr 1864 - İspan filosofu və yazıçısı Migel de Unamuno (Miguel de Unamuno y Jugo, 1864-1936) anadan olub.

 

29 sentyabr 1904 - Rus yazıçısı Nikоlay Alеksеyеviç Оstrоvski (1904-1936) anadan olub. Əsərləri: “Polad necə bərkidi”, “Fırtınadan doğulmuşlar”.

 

29 sentyabr 1912 - İtalyan kinorejissoru Mikelancelo Antonioni (Michelangelo Antonioni, 1912 - 30.7.2007) anadan olub. Filmləri: “Fotoböyütmə”, “Gecə”, “Peşəsi – reportyor” və s. Avropanın əsas kinofestivallarının qalibi, fəxri «Oskar» mükafatçısıdır.

 

29 sentyabr 1913 - Amerika kinorejissoru Stenli Kramer (Stanley Earl Kramer, 1913 - 19.2.2001) anadan olub. “Məğrurluq və ehtiras”, “Nürnberq prosesi”, “Bu çılğın, çılğın, çılğın dünya”, “Domino prinsipi” və s.  

 

29 sentyabr 1932 - Amerika kinorejissoru, iki dəfə «Oskar» laureatı Robert Benton (Robert Benton) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi