“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.09.2013, 10:17
1248

13 sentyabr

A- A+

13 sentyabr 1933 - Görkəmli bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Arif Məlikov anadan olub...

Azərbaycan

 

13 sentyabr 1905 - Aktyor Süleyman Tağızadə (1905-1960) anadan olub. “O olmasın, bu olsun”, “Kölgələr sürünür” filmlərində çəkilib.

 

13 sentyabr 1933 - Görkəmli bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Arif Cahangir oğlu Məlikov anadan olub. Nazim Hikmətin pyesi əsasında yazdığı «Məhəbbət əfsanəsi» baleti bəstəkara dünya şöhrəti gətirib. “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, “İki qəlbin poeması” baleti, “Torpağın səsi” kantatası, “Dalğalar” operettası, 8 simfoniya və s. əsərlərin müəllifidir. “Sehrli xalat”, “26 Bakı komissarı”, “Axırıncı aşırım” və s. filmlərə, teatr tamaşalarına («Atabəylər», «Natəvan» və s.) musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru, AMEA-nın müxbir üzvüdür.

 

13 sentyabr 1969 - Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 - 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb.

 

13 sentyabr 1997 - "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Prezident fərmanı verilib.

 

Dünya

 

13 sentyabr 1874 – Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg, 1874-1951) anadan olub. Musiqidə ekspressionizimin nümayəndəsi, “Moisey və Aaron” operasının müəllifidir.

 

13 sentyabr 1894 - İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley, 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “London dalanı”, “Cənnət guşəsi” pyesləri, “Qretlidə qaranlıq” romanı və s.

 

13 sentyabr 1905 - Fransız əsilli Amerika aktrisası, «Oskar» laureatı Klodet Kolber (Claudette Colbert - Lily Claudette Chauchoin, 1905-1996) anadan olub. Filmləri: “Kleopatra”, “Bu bir dəfə gecə baş verib”.

 

13 sentyabr 1924 — Fransız bəstəkarı Moris Jarr (Maurice Jarre) anadan olub. 120-dək filmə musiqi yazıb, 3 dəfə “Oskar”a layiq görülüb.

 

13 sentyabr 1944 - İngilis aktrisası Jaklin Bisset (Winifred Jacqueline Fraser Bisset) anadan olub. Filmləri: “Yabanı orxideya”, “Napaleon və Jozefina”, “Anna Karenina” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi