17 sentyabr
17 sentyabr 1939 - Tanınmış rus aktyoru və rejissoru, "Oskar" mükafatçısı Vladimir Menşov Bakıda anadan olub...
Azərbaycan
17 sentyabr 1909 - Azərbaycanda ilk qadın təyyarəçi Leyla Ələsgər qızı Məmmədbəyova (1909-1989) anadan olub.
17 sentyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
17 sentyabr 1956 - Tanınmış rəssam Müslüm Ömər oğlu Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri, 1996-cı ildə Londonda açılmış Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri olub.
Dünya
17 sentyabr 1908 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey, 1908-1973) anadan olub.
17 sentyabr 1922 - Berlində dünyada ilk səsli filmin nümayişi keçirilib.
17 sentyabr 1931 - İtalyan əsilli Amerika kinoaktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft - Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.
17 sentyabr 1939 - Tanınmış rus aktyoru və rejissoru, Rusiyanın Xalq artisti Vladimir Valentinoviç Menşov Bakıda anadan olub. Filmləri: “Moskva göz yaşlarına inanmır” ("Oskar" mükafatı, 1981), “Məhəbbət və göyərçinlər”, “Şırlı-Mırlı” (hər üçündə rejissor və aktyor) və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: