“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.09.2013, 10:17
1603

26 sentyabr

A- A+

26 sentyabr 1961 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül vəfat edib...

 Azərbaycan

 

26 sentyabr 1906 – Tanınmış opera müğənnisi, Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Məmməd oğlu Haqverdiyev (1906-1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. 1930-cu illərdə Türkmənistanda Opera və Dram Teatrının inkişafında böyük xidmətləri olub.

 

26 sentyabr 1936 – Tanınmış rəqqas, Əməkdar artist Kamil Dadaşov (1936 – 15.10.2016) Bakının Novxanı kəndində anadan olub.

 

26 sentyabr 1950 - Xalq artisti, kamança ifaçısı Fəxrəddin Əlisahib oğlu Dadaşov anadan olub. Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeysteri, Milli Konservatoriyanın dosentidir.

 

26 sentyabr 1956 – Xalq artisti Ramiz Soltan oğlu Məmmədov anadan olub. 1975-ci ildən Musiqili Komediya Teatrında çalışır. "Yaşıl eynəkli adam", "Qaynana əməliyatı" və s. televiziya tamaşalarında, “Alma almaya bənzər”, “Yalan” və s. filmlərdə çəkilib.

 

26 sentyabr 1961 - Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897, Şuşa - 1961) vəfat edib. Xalq mahnıları, romanslar, operalarda baş partiyaların (“Koroğlu”da Koroğlu, "Əsli və Kərəm"də Kərəm və s.) unudulmaz ifaçısı olub. Milan Konservatoriyasını bitirib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

 

26 sentyabr 1978 - Ukraynada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü başlanıb.

 

26 sentyabr 2009 - Görkəmli dilçi alim, akademik Afat Qurbanov (10.1.1929-2009) vəfat edib.

 

Dünya

 

26 sentyabr 1885 - Rus rəssamı Sergey Gerasimov (1885-1964) anadan olub.

 

26 sentyabr 1888 - Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Sternz Eliot (Thomas Stearns Eliot; 1888-1965) anadan olub. XX əsr modern poeziyasının parlaq nümayəndələrindən biridir.

 

26 sentyabr 1889 - Alman filosofu, ekzistensializmin görkəmli nümayəndəsi Martin Haydegger (Martin Heidegger, 1889-26.5.1976) anadan olub.

 

26 sentyabr 1923 - Rus kinorejissoru Aleksandr Alov (Lapsker; 1923-1983) anadan olub. Filmləri: “Qaçış”, “Polad necə bərkidi?”, “Tehran-43”. 

 

26 sentyabr 1932 - Serb əsilli məşhur rus yazıçısı Vladimir Voynoviç anadan olub. Əsərləri: "Əsgər İvan Çonkinin həyatı və qeyri-adi məcəraları" (trilogiya), "Taxt-tac üçün namizəd", "Moskva 2042" və s.

 

26 sentyabr 1934 - Rusiya aktyoru, SSRİ Xalq artisti Oleq Basilaşvili anadan olub. Filmləri: “Payız marafonu”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi