“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.09.2013, 09:45
1438

7 sentyabr

A- A+

7 sentyabr 1939 - Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri Bakıda anadan olub...

Azərbaycan

 

7 sentyabr 1914 - Tanınmış ədəbiyyatşünas və teatrşünas, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərov (1914 - 19.9.1973) anadan olub.  Azərbaycan teatrşünaslıq elminin formalaşmasında böyük xidmətlər göstərib, Yazıçılar İttifaqının məsul katibi, mədəniyyət nazirinin müavini işləyib. "Rejissor sənəti", "Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir.

 

7 sentyabr 1939 - Şair, tərcüməçi, ssenarist Mənsur Fəxri (Mənsur Fəxri oğlu Vəkilov; 1939-2009) Bakıda anadan olub. “Literaturnı Azerbaydjan” jurnalının baş redaktoru işləyib. Rus dilində şeirlər yazıb, Azərbaycan şairlərinin əsərlərini ruscaya tərcümə edib. “Bir cənub şəhərində”, “Ötən ilin son gecəsi” filmlərində mahnıların sözlərinin müəllifidir.

 

7 sentyabr 1946 - Əməkdar incəsənət xadimi, musiqişünas, fəlsəfə elmləri doktoru, bəstəkar Gülnaz Abutalıb qızı Abdullazadə anadan olub. Qədim və orta əsrlər musiqi mədəniyyəti kontekstində Azərbaycan muğamlarının fəlsəfi-estetik mahiyyətini tədqiq edib. Bakı Musiqi Akademiyasının professorudur.

 

7 sentyabr 1961 - Musiqişunas, sənətşunaslıq doktoru, professor Fərəh Şirməmməd qızı Əliyeva anadan olub. “Azərbaycan musiqisində üslub axtarışları”, “Musiqi tariximizin səhifələri” və s. kitabların müəllifi, “XX əsr Azərbaycan musiqi mədəniyyətinin qaynaqları” (3 cilddə) kitabının tərtibatçısıdır. Mədəniyyət və Turizm Nazirliyində İncəsənət şöbəsinin müdiri işləyib. 2014-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

 

Dünya

 

7 sentyabr 1726 - Fransız bəstəkarı Fransua Andre Filidor (1726-1795) anadan olub. Komik operaları ilə tanınıb, 30-dan çox opera yazıb: “Pinəçi Blez”, “Bağban və onun ağası” və s.

 

7 sentyabr 1870 - Rus yazıçısı Aleksandr İvanoviç Kuprin (1870-1938) anadan olub. “Molox”, “Sulamif”, “Döyüş”, “Zamanın təkəri”, “Janeta” və s. romanların müəllifidir. 1919-1937-ci illərdə mühacirətdə (Paris) yaşayıb, sonra Rusiyaya qayıdaraq orada vəfat edib.

 

7 sentyabr 1909 – Türkiyəli yunan mənşəli Amerika rejissoru Elia Kazan (Kazan - Elia Kasancoğlu, 1909-2003) anadan olub. İkİ dəfə «Oskar» laureatıdır: “Centelmen razılaşması” (1947) və “Limanda” (1954).

 

7 sentyabr 1940 - İtalyan kinorejissoru Dario Arcento (Dario Argento) anadan olub. Qorxu filmlərinin müəllifidir: “Bir dəfə vəhşi Qərbdə”, “Fenomenlər” və s.

 

7 sentyabr 1949 - Amerika müğənnisi Qloriya Qeynor (Gloria Gaynor - Fowles) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi