“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.09.2013, 10:10
1815

16 sentyabr

A- A+

16 sentyabr 1909 - Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova Bakıda anadan olub...

Azərbaycan

 

16 sentyabr 1790 – Məşhur coğrafiyaşünas, alim, səyyah Hacı Zeynalabdin Şirvani (1790-1837) anadan olub. 

 

16 sentyabr 1909 - Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 – 22.4.1983) Bakıda anadan olub. "Sevil (1929)", "Almaz (1936)" filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki olub. 

 

16 sentyabr 1934 - Əməkdar incəsənət xadimi, professor, pedaqoq və pianoçu Elmira Yusif qızı Səfərova Bakıda anadan olub.

 

16 sentyabr 1940 - Xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev anadan olub. 40-a yaxın sənədli filmin müəllifi və rejissorudur: «Sahill bağı», «Odlar torpağı», «Qızıl güllər diyarı», «Sovet Azərbaycanı», «İçərşəhərin əbədi nağılı» və s.

 

16 sentyabr 1992 - Prezident Əbülfəz Elçibəy “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” fərman imzalayıb.

 

Dünya

 

16 sentyabr 1462 - İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi, 1462-1525) anadan olub.

 

16 sentyabr 1888 - Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa, 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.

 

16 sentyabr 1893 - Macar əsilli ingilis kinorejissoru Aleksandr Korda (Alexander Korda - Sandor Laszlo Kellner, 1893-1956) anadan olub.

 

16 sentyabr 1924 - Amerika aktrisası, Hollivudun ən məşhur ulduzlarından biri Loren Bekoll (Lauren Bacall - Betty Joan Weinstein Perske; 1924 - 12.8.2014) anadan olub. Filmləri: “Milyonçuya necə ərə getməli”, “Şərq ekspresində qətl” və s. Fəxri “Oskar” laureatıdır (2009).

 

16 sentyabr 1956 - Məşhur Amerika sehrbazı (illüzionist) Devid Kopperfild (David Copperfield - David Seth Kotkin) anadan olub.

 

16 sentyabr 1956 - Amerika aktyoru Mikki Rurk (Mickey Rourke - Philip Andre Rourke) anadan olub. Filmləri: “Doqquz həftə yarım”, “Əjdaha ili” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi