“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.09.2013, 10:07
1467

15 sentyabr

A- A+

15 sentyabr 1914 - Məşhur türk yazıçısı Orxan Kamal Adananın Ceyhan qəsəbəsində doğulub...

Azərbaycan

 

15 sentyabr 1905 - Azərbaycan Kukla Teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905-1970) anadan olub. “O olmasın, bu olsun” (hamam sahibi Məşədi Qəzənfər), “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib.

 

15 sentyabr 1918 - Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) Qafqaz İslam Ordusu Bakının "Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizləyib. 1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi "Bakı Kommunası"nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin nəzarətində idi. Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi (14 sentyabr) ingilis hərbçilərin son dəstəsi də şəhəri tərk etmişdi. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. Milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu. 

 

15 sentyabr 1918 - Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşrinin (Cümhuriyyət parlamentinin orqanı) - «Azərbaycan» qəzetinin ilk sayı çapdan çıxıb.

 

15 sentyabr 1943 - Xalq artisti, rejissor, ssenarist Xamis Bəkir oğlu Muradov Qax rayonunda doğulub. 1969-cu ildən C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında çalışır. 2002-ci ildən kinostudiyanın direktorudur. 50-dək sənədli filmin rejissoru, ssenari müəllifidir, “Qanun naminə” filmində çəkilib.

 

15 sentyabr 1959 - Müğənni, Xalq artisti Brilliant Süleyman qızı Dadaşova anadan olub. Musiqi karyerasına 1983-cü ilə Eldar Mənsurovun mahnıları ilə başlayıb. 1987-ci ildə estrada müğənnilərinin beynəlxalq müsabiqəsinin qalibi olub.

 

15 sentyabr 2007 - Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 - 2007) vəfat edib. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

 

Dünya

 

15 sentyabr 1613 - Fransız yazıçısı Fransua de Laroşfuko (François de La Rochefoucauld; 1613-1680) anadan olub. "Əxlaq qaydaları" əsəri ilə tanınır.

 

15 sentyabr 1789 – Məşhur Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 - 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: "Casus", "Dəniz qulduru”, "Losman", "Pionerlər", "Sonuncu mogikan", "Ləpirçi" və s.

 

15 sentyabr 1890 - İngilis yazıçısı, məşhur detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 – 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm”, ”Kartları açın”, “Qəhvəyi kostyumlu adam”, “Parıldayan sianid” və s. Belçikalı xəfiyyə Puaro yazıçının 30-dan çox romanının qəhrəmanıdır.

 

15 sentyabr 1894 - Fransız kinorejissoru, «Oskar» laureatı Jan Renaur (1894-1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyeza”, “Fransız kankanı” və s.

 

15 sentyabr 1914 - Məşhur türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü;1914 – 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Xanımın ciftliyi”, “Qürbət quşları”,  “Dövlət quşu” və sairə romanları, “Çörək davası”, ”Arxa küçə”, “ Sərxoşlar”, “İşsiz” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.

 

15 sentyabr 1925 - Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları” (İvan), “Odun ram edilməsi” və s.

 

15 sentyabr 1946 - Amerika aktyoru, «Oskar» laureatı Tommi Li Cons (Tommy Lee Jones) anadan olub. Filmləri: “Qaçaq”, “Anadangəlmə qatillər” və s.

 

15 sentyabr 1946 - Amerika kinorejissoru Oliver Stoun (William Oliver Stone) anadan olub. Ü dəfə «Oskar» laureatıdır: “Gecəyarısı ekspress” (ssenari), “Vzvod”, “Dörd iyulda doğulan” (rejissor). “Con F.Kennedi. Dallasda atəşlər”, “Nikson” və s. siyasi filmlərini çəkib.  

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi