“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.05.2013, 10:38
1509

18 may

A- A+

18 may Beynəlxalq Muzeylər Günüdür (İnternational Museum Day). UNESCO yanında Beynəlxalq Muzey Şurasının (ICOM) 1977-ci ilin mayında keçirilən baş konfransında təsis olunub...

Azərbaycan

 

18 may 1906 - Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906 - 1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. “Azərbaycanın estetik fikir tarixindən" monoqrafiyasının müəllifidir.
 

18 may 1933 - Ədəbiyyatşünas, tərcüməçi, biblioqraf Əmin Tahir oğlu Əfəndiyev Qax rayonunun İlisu kəndində doğulub. 
 

18 may 1951 – Kinorejissor, ssenarist Ziya Şıxlinski anadan olub. Sənədli filmləri: “Ruslar müharibə istəyirmi?” (20 Yanvar haqqında), “ Artilleriyanın "Allah"ı sayılırdı” (Əliağa Şıxlinski), “Doğma diyar” (Mstislav Rostropoviç) və s. Bir neçə bədii filmdə rejissor assistenti olub: “Dərviş Parisi partladır”, “Şir evdən getdi”.

 

18 may 1969 – Tanınmış aktrisa Məlahət Abbasova anadan olub. “Sən həmişə mənimləsən” (1987) teletamaşasında Nargilə rolu ilə məşhurlaşıb. “Sürəyya”, “İmtahan” filmlərində çəkilib. 90-cı illərdən Türkiyədə yaşayır, İstanbul Bələdiyyə Teatrında çalışır, seriallarda («Min bir gecə» - Mehriban) çəkilir, prodüser kimi fəaliyyət göstərir.

 

18 may 1990 - Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə respublikada yeni ərazi-inzibati vahidləri - Ağstafa, Qobustan, Xızı, Hacıqabul, Samux, Siyəzən rayonları təşkil olunub.
 

Dünya

 

18 may Beynəlxalq Muzeylər Günüdür (İnternational Museum Day). UNESCO yanında Beynəlxalq Muzey Şurasının (İnternational Council of Museums - ICOM) 1977-ci ilin mayında SSRİ-də (Moskva və Leninqrad) keçirilən 11-ci baş konfransında sovet nümayəndə heyətinin təşəbbüsü ilə təsis olunub.
 

18 may 1048 - Böyük fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri, 1048 - 4.12.1131) anadan olub.
 

18 may 1546 - İran tarixçisi Qazi Əhməd Qumi (1546-1606) anadan olub. “Xülasət ət-təvarix” əsərinin, orta əsr xəttatları və rəssamları haqqında tarixi qaynaqların müəllifidir.
 

18 may 1869 - Məşhur ləzgi xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov, 1869-1937) anadan olub.
 

18 may 1872 - İngilis filosofu, riyaziyyatçı, ictimai xadim Bertran Rassel (Bertrand Arthur William Russell; 1872-1970) anadan olub. "Məntiqi atomizm" konsepsiyasının yaradıcısıdır. "Rasionalizm və humanizmin ən parlaq nümayəndələrindən biri” kimi ədəbiyyat üzrə Nobel mükafatına (1950) layiq görülüb.
 

18 may 1912 - Amerika kinorejissoru, “Oskar” laureatı Riçard Bruks (Richard Brooks - Ruben Sax; 1912-1992) anadan olub. Filmləri: “Karamazov qardaşları”, “Elmer Hentri” və s. 
 

18 may 1913 - Fransız müğənnisi və bəstəkarı Şarl Trene (Charles Trenet, 1913-2001) anadan olub.
 

18 may 1936 - Görkəmli qazax şairi, ədəbiyyatşünas, dövlət xadimi Oljas Süleymenov anadan olub. Qədim türk tarixindən bəhs edən “AziYa” kitabı ilə məşhurlaşıb. 2002-ci ildən Qazaxıstanın UNESCO-da daimi nümayəndəsidir.
 

18 may 1962 - Ötən əsrin 80-90-cı illərinin populyar estrada ulduzu, alman müğənnisi Sandra (Sandra Cretu -Sandra Ann Lauer) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi