“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.05.2013, 10:26
1407

19 may

A- A+

19 may 1910 - Xalq şairi Rəsul Rza Göyçayda doğulub. Azərbaycan Yazıçılar İttifaqının sədri, kinematoqrafiya naziri olub. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb...

Azərbaycan

 

19 may 1907 - Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. “Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri (Bəhlul Danəndə haqqında) ilk dəfə bu dərgidə dərc olunub. 

 

19 may 1910 - Xalq şairi Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 - 1.4.1981) Göyçayda doğulub. Əsərləri: “Qız qalası”, “Lenin”, "Qızıl gül olmayaydı", "Bir gün də insan ömrüdür" (poema), «Rənglər» (şeirlər silsiləsi), “Vəfa”, “Görüş” (pyes), "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər" , "Üzü küləyə" kitabları və s. N.Gəncəvinin «Xosrov və Şirin» poemasını, rus (A.Puşkin, M.Lermontov, N.Nekrasov, V.Mayakovski) və Avropa şairlərinin (C.Bayron, H.Heyne və s.) əsərlərini dilimizə tərcümə edib. Respublika Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

 

19 may 1935 - Şair və tərcüməçi Vladimir Əbüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri məhz onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.

 

Dünya

 

19 may 1762 - Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.
 

19 may 1898 - İtalyan yazıçısı və mütəfəkkiri Yulius Evola (Julius Evola; 1989-1974) anadan olub.
 

19 may 1904 - Rus kinodramaturqu və kino nəzəriyyəçisi Mixail Yuryeviç Bleyman (1904-1973) anadan olub. Sovet dövrünün məşhur ideoloji filmlərinin (“Böyük vətəndaş”, “Kəşfiyyatçının igidliyi” və s.) ssenarisini yazıb.

 

19 may 1946 - İtaliya aktyoru Mikele Plaçido (Michele Placido) anadn olub. «Sprut» teleserialı (komissar Korrado Kattani rolu) ilə şöhrət qazanıb.
 

19 may 1948 - Amerika aktrisası və müğənnisi Qrey Cons (Grace Jones) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi