“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.05.2013, 10:41
1716

21 may

A- A+

21 may Dünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günüdür. BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur...

Azərbaycan

 

21 may 1928 – Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Tamilla Ağamirova Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. “Don Kixot” filmində (1957, “Lenfilm”) Altisidora rolu ilə tanınıb. Azərbaycanda “Onun böyük ürəyi” (Səmayə), “Əsl dost” (Bilqeyis), “Koroğlu” (Alagöz), “Yenilməz batalyon” (Xavər) filmlərində çəkilib. 

 

21 may 1940 - Şair Rübail Nəcəf oğlu Allahverdiyev anadan olub. Azərbaycan Aqrar Universitetinin (Gəncə) professorudur.

 

Dünya

 

21 may Dünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günüdür. BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur. 

 

21 may 1471 - Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer, 1471-1528) anadan olub.
 

21 may 1855 - Belçika şairi, dramaturq və tənqidçi Emil Verharn (1855-1916) anadan olub.
 

21 may 1906 - SSRİ Xalq artisti, rejissor, aktyor, ssenarist Sergey Gerasimov (1906-1985) anadan olub. Filmləri: “Gənc qvardiya”, “Sakit Don” və s. Uzun illər ÜDKİ-də dərs deyib, aktyor və rejissorların (o cümlədən Azərbaycandan) hazırlanmasına töhfə verib.
 

21 may 1937 - Məşhur gürcü aktrisası Sofiko Mixaylovna Çiaureli (1937-2008) anadan olub. Filmləri: “Qəm yemə”, “Əlibaba və 40 quldur”, “Qadını axtarın”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi