“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.05.2013, 10:44
1676

22 may

A- A+

22 may 1918 - SSRİ Xalq artisti, görkəmli rejissor, aktyor, pedaqoq Mehdi Əsədulla oğlu Məmmədov Şuşada doğulub...

Azərbaycan

 

22 may 1918 - SSRİ Xalq artisti, görkəmli rejissor, aktyor, pedaqoq Mehdi Əsədulla oğlu Məmmədov (1918 - 28.1.1984) Şuşada doğulub. Gəncə Dövlət Dram Teatrında (1942-1945), Opera və Balet Teatrında (1956-1960), Akademik Milli Dram Teatrında (1960-1963), Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor olub. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya Mürşüdov) çəkilib. Dövlət Teatr (İncəsənət) İnstitutunun professoru olub.

 

22 may 1937 - Bəstəkar, Xalq artisti, professor Aqşin Əliqulu oğlu Əlizadə (1937 - 3.5.2014) Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” ,“Ümid valsı” baletləri, “Azərilər” kantatası, simfoniyalar, digər janrlarda əsərlərinin müəllifidir. Fimlərə musiqi yazıb: “Tütək səsi”, “Rəqiblər” (“Ömrün səhifələri”), “Gözlə məni”, “Ötən ilin son gecəsi”, “Sizi dünyalar qədər sevirdim” və s.

 

Dünya

 

22 may 1813 - Böyük alman bəstəkarı, dramaturq, musiqişünas, filosof Rixard Vaqner (Wilhelm Richard Wagner, 1813-1883) anadan olub. Vaqnerin qatı millətçi ruhlu musiqi əsərləri Almaniyada faşizmin ilham qaynaqlarından olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya – “Reyn qızılı”, “Valkiriya”, “Ziqfrid”, “Tanrıların ölümü”).

 

22 may 1859 - İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle, 1859-1930) anadan olub. Xəfiyyə Şerlok Holmsun macəralarından bəhs edən əsərlərlə məşhurlaşıb.

 

22 may 1885 - Fransız romantizminin banisi, görkəmli yazıçı Viktor Hüqo (Victor Marie Hugo; 26.2.1802 - 1885) vəfat edib. Əsərləri: «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi» (romanlar), “Kromvel”, “Ernani”, “Mariya Tüdor” (pyeslər) və s.

 

22 may 1891 - Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 - 11.10.1958) anadan olub.

 

22 may 1913 - SSRİ Xalq artisti, bəstəkar Nikita Boqoslovski (1913-2004) anadan olub. Populyar mahnıların və kino musiqilərinin müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi