“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.05.2013, 10:55
1725

25 may

A- A+

25 may 1936 - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Respublikanın musiqi kollektivləri burada birləşdirilib...

Azərbaycan

 

25 may 1936 - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi və burada müxtəlif musiqi məclisləri keçirilirdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri də burada çıxış edirdilər. 1936-cı ildə respublikanın musiqi qurumları Azərbaycan Dövlət Filarmoniyasında birləşdirildi. Hazırda Filarmoniyada 7 kollektiv (Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Q.Qarayev adına Dövlət Kamera Orkestri, Dövlət Fortepiano Triosu, Dövlət Simli Kvarteti, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində yaradılan Dövlət Xalq Calğı Alətləri Orkestri) fəaliyyət göstərir.

 

25 may 1942 - Əməkdar mədəniyyət işçisi, xormeystr, Prezident təqaüdçüsü Səidə Müslüm qızı Məmmədova anadan olub.

 

25 may 1949 – Əməkdar artist Tofiq Əbdürrəhim oğlu Hüseynov  Qusarın rayonunun Hil kəndində anadan olub. İrəvan, Sumqayıt, Gənc Tamaşaçılar Teatrında çalışıb. 2001-ci ildən Milli Dram Teatrının aktyorudur. “O dünyadan salam”, “Biz qayıdacağıq”, “Cavid ömrü” filmlərində çəkilib.

 

Dünya

 

25 may 1803 - Amerika şairi, filosof, esseist Ralf Uoldo Emerson (1803-1882) anadan olub.

 

25 may 1905 - Ukrayna yazıçı-dramaturqu, akademik, dövlət xadimi Aleksandr Yevdomikoviç Korneyçuk (1905-1972) anadan olub.

 

25 may 1920 - Rus kinorejissoru Yuri Pavloviç Yeqorov (1920-1982) anadan olub. Filmləri: “Könüllülər”, “Atalar və oğullar” və s.

 

25 may 1942 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Aleksandr Aleksandroviç Kalyagin anadan olub. Azərbaycanda rejissor Rasim Ocaqovun “İstintaq” (SSRİ Dövlət mükafatı), “Bağlı qapı”, “Park”, “Özgə ömür” filmlərinə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi