“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.05.2013, 10:34
1282

17 may

A- A+

17 may Dünya İnformasiya Cəmiyyəti Günüdür (World İnformation Society Day). BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qətnaməsi ilə təsis edilib...

Azərbaycan

 

17 may 1870 - Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 – 11.12.1933) Şuşada anadan olub. "Dağılan tifaq", "Bəxtsiz cavan", “Pəri cadu”, “Ağa Məhəmməd şah Qacar”, “Ac həriflər” və s. pyeslərin, bir çox hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus dilindən tərcümələr (M.Qorki, A.Çexovun hekayələri, habelə U.Şekspirin “Hamlet”, F.Şillerin “Qaçaqlar” pyesləri və s.) edib. Rusiya Dövlət Dumasının (1906-1907) deputatı olub. Bakı Dövlət Universitetində (1921-1931) dərs deyib.

 

17 may 1928 - Xalq artisti, tanınmış rəqqasə Roza İsmayıl qızı Cəlilova Dəvəçi (indiki Şabran) rayonunda doğulub. Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Muğam Teatrının baletmeysteri olub. "Qavalla rəqs", "Azərbaycan süitası", "Durnalar" və s. rəqslərə quruluş verib. 
 

17 may 1938 - Əməkdar İncəsənət xadimi, rejissor Arif Lətif oğlu Qazıyev Gəncədə doğulub. Azərbaycan televiziyasının ilk diktorlarından olub. "Muğam" teatrının yaradıcısı və rəhbəridir. Bir çox musiqili televiziya filmlərinin (“Şur”, “Təsnif”, “Salam, Zeynəb!”) müəllifidir.

 

17 may 1944 - Şair, ədəbiyyatşünas Əhməd Elbrus (Elbrus Misir oğlu Əhmədov; 1944-2006) Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub.
 

17 may 1945 - Ədəbiyyatşünas, tərcüməçi, publisist Əsgər Hüseyn oğlu Əliyev anadan olub.

 

Dünya

 

17 may Dünya İnformasiya Cəmiyyəti Günüdür (World İnformation Society Day). BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qətnaməsi ilə təsis edilib. Bu günün tarixi 1865-ci il mayın 17-də Parisdə Beynəlxalq Teleqraf İttifaqının (İnternational Telegraph Union) yaradılması ilə bağlıdır. 
 

17 may 1510 - Görkəmli italyan rəssamı Sandro Bottiçelli (əsl adı Alessandro di Mariano Filipepi, 1445-1510) vəfat edib.
 

17 may 1820 - Məşhur rus tarixçisi Sergey Mixayloviç Solovyov (1820-1879) anadan olub.
 

17 may 1873 - Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse, 1873-1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.
 

17 may 1904 - Məşhur fransız aktyoru Jan Qaben (Jean Gabin - Jean-Alexis Moncorge; 1904-1976) anadan olub. Polis komissarı Jül Meqredən bəhs edən filmlərdə baş rolu oynayıb. “Böyük illüziya”, “Qənimətə toxunma”, “Parisin havası” və s. filmlərdə çəkilib.

 

17 may 1911 – Rus aktrisası, SSRİ Xalq artisti Sofiya Stanislavovna Pilyavskaya (1911-2000) anadan olub. Filmləri: “Anna Karenina” , “Canlı meyit” və s.

 

17 may 1936 - Amerika aktyoru və rejissoru Denis Hopper (1936-2010) anadan olub. Filmləri: “Göy məxmər”, “Sürət”, “Cəhənnəm qatarı” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi