“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.05.2013, 10:07
1589

28 may

A- A+

28 may 1927 - Xalq artisti, tanınmış kamança ustası Habil Mustafa oğlu Əliyev Ağdaş rayonunun Üçqovaq kəndində doğulub...

Azərbaycan

 

28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Əhməd bəy Ağayevin sədrlik (Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə həmin vaxt Batumda Osmanlı nümayəndələri ilə danışıqlar aparırdı – red.) etdiyi iclasda iştirak edən 26 deputatın səsi ilə «İstiqlal Bəyannaməsi» qəbul edilib. Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumət təsdiqlənib. Hökumətdə «Müsavat» 3, müsəlman sosialistlər 2, «Hümmət» və «İttihad» hərəyə 1 yer almışdı, 2 nəfər bitərəf nazir (o cümlədən F.Xoyski) vardı.

 

28 may 1927 - Xalq artisti, tanınmış kamança ustası Habil Mustafa oğlu Əliyev Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Yüksək ifaçılıq sənəti ilə yanaşı, 10-dan çox mahnının da müəllifidir. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib.

 

28 may 1947 - Görkəmli bəstəkar, pianoçu, Xalq artisti, professor, Bəstəkar İttifaqının sədri (2007-ci ildən) Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. "Vətən haqqında nəğmələr" oratoriyası, “İntizar”, “Sənin adın dənizdir” operaları, "Ağ atlı haqqında əfsanə" rok-operası, "Üç akvarel" vokal silsiləsi, "Boş beşik" baleti və s. əsərlərin, filmlərə (“Əlaqə” və s.) musiqilərin müəllifidir.

 

28 may 2002 – Prezident Heydər Əliyev "İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" fərman imzalayıb.

 

Dünya

 

28 may 1740 - Görkəmli rus heykəltəraşı Fedot İvanoviç Şubin (1740-1805) anadan olub.

 

28 may 1779 - İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.

 

28 may 1904 - Tanınmış gürcü bəstəkarı Şalva Mşvelidze (1904-1984) anadan olub.

 

28 may 1877 - Rus şairi, rəssam, ədəbiyyatşünas Maksimilian Voloşin (Kiriyenko) (1877-1932) anadan olub.

 

28 may 1908 - İngilis yazıçısı, Ceyms Bond haqqında romanların müəllifi Yan Lankaster Fleminq (Ian Lancaster Fleming; 1908-1964) anadan olub.

 

28 may 1934 – Məşhur gürcü aktrisası Liya Eliava (1934-1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi