“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.05.2013, 10:16
1840

13 may

A- A+

13 may 1982 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Qarayev vəfat edib...

Azərbaycan

 

13 may 1929 - Şair və tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 – 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir.

 

13 may 1937 - Xalq artisti, tarzən Adil Kamil oğlu Bağırov anadan olub. “Xatirə” xalq çalğı alətləri ansamblına rəhbərlik edib.

 

13 may 1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor, dövlət xadimi Elçin İlyas oğlu Əfəndiyev anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir. Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" romanları, “Dolça”, “Bir görüşün tarixçəsi” povestləri, “Mənim ərim dəlidir”, “Cəhənnəm kirayənişinləri”, “Şekspir” pyesləri və s. Əsərləri bir çox dillərə tərcümə olunub. “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir.

 

13 may 1982 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 - 1982) vəfat edib. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniya, “Don Kixot" (1960) simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, “Vyetnam" süitası, fortepiano üçün 24 prelüd, skripka və fortepiano üçün sonata və romansların müəllifidir.

 

Dünya

 

13 may 1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet, 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Cek”, “Safo” (romanlar), “Arlezianka” (pyes).   

 

13 may 1842 - İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan, 1842-1900) anadan olub.

 

13 may 1882 - Fransız rəssamı, təsviri sənətdə kubizm cərəyanının banisi Jorj Brak (Georges Braque, 1882-1963) anadan olub.

 

13 may 1923 – Rusiya bəstəkarı İsaak Şvarts (1923-2009) anadan olub. Bir çox filmlərə musiqi yazıb: “Səhranın bəyaz günəşi”, “Cənab Mak-Kinlinin qaçışı” və s.

 

13 may 1924 - Sovet hökuməti kino işinin yenidən qurulması barədə qərar qəbul edib. Kino çəkilişi və prokatında inhisarçılıq bütünlüklə dövlətə (Xalq Maarif Komissarlığına) verilib.

 

13 may 1934 - SSRİ Yazıçılar İttifaqına ilk üzvlərin qəbulu başlanıb. 1№-li üzvlük bileti yazıçı Maksim Qorkiyə verilib.

 

13 may 1950 - Məşhur Amerika müğənnisi və bəstəkarı Stiv Uander (əsl adı Steveland Judkins Morris) anadan olub.

 

13 may 1956 – Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa, 1901-1956) intihar edib. “Tarmar”, “Udeqedən sonuncu”, “Gənc qvardiya” romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək özünü öldürüb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi