23 may
23 may 1923 - Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki M.F.Axundzadə adına Milli Kitabxana) təntənəli açılışı keçirilib...
Azərbaycan
23 may Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür . Prezident İlham Əliyevin 16 may 2007 tarixli sərəncamı ilə təsis olunub.
23 may 1524 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 - 1524) vəfat edib. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. «Xətai» təxəllüsü ilə şeirlər yazıb. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
23 may 1919 - Xalq yazıçısı Hüseyn İbrahimov (1919 - 10.4.2008) Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Əsrin onda biri” , “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir. Naxçıvan Ali Sovetinin sədri (1963-1967) işləyib.
23 may 1923 - Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki M.F.Axundzadə adına Milli Kitabxana) təntənəli açılışı keçirilib. 1939-cu ildə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti kitabxanaya görkəmli mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adının verilməsi barədə qərar qəbul edib.
23 may 1955 - Tanınmış şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli (Vaqif İttifaq oğlu Quliyev) Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. 20-dək şeir, publisistika, hekayə və tərcümələrdən ibarət kitabların müəllifidir.
23 may 1986 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.2.1911, Şuşa - 1986) vəfat edib. Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976).
Dünya
23 may 1891 — İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: “Cəllad”, “Çırtdan”, “Varavva”, “Savilla” (romanlar), “Qəlbsiz insan”, “Qaranlıqda qələbə” (pyeslər).
23 may 1921 - Məşhur rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Çuxray (1921-2001) anadan olub. Filmləri: “Qırx birinci”, “Əsgər haqqında ballada” və s.
23 may 1930 - Tanınmış rus teatrşünası, teleaparıcı Vitali Yakovleviç Vulf (1930 - 13.3.2011) Bakıda doğulub.
23 may 1933 - Tanınmış ingilis aktrisası Coan Kollinz (Joan Henrietta Collins) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: