“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.05.2013, 10:29
1405

16 may

A- A+

16 may 1992 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Nərimanbəyov vəfat edib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim” və s. filmlərin quruluşçu operatorudur...

Azərbaycan

 

16 may 1950 - Xalq artisti, aktyor Arif Quliyev anadan olub. “Bəyin oğurlanması”, “Bəxt üzüyü”, “O dünyadan salam” filmlərində, “Evləri köndələn yar”, “Yarımştat” və s. televiziya tamaşalarında çəkilib. Musiqili Komediya, Milli Dram teatrlarında işləyib. Hazırda İrəvan Azərbaycan Dram Teatrında çalışır.

 

16 may 1992 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (13.4.1917 - 1992) vəfat edib. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi”, “Nizami” və s. filmlərin quruluşçu operatorudur.

 

Dünya

 

16 may 1898 - Yaponiya milli kinematoqrafiyasının banilərindən olan rejissor Kendzi Midzoquti (Kenji Mizoguchi, 1898-1956) anadan olub.
 

16 may 1910 - Görkəmli rus-sovet yazıçısı və şairəsi Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, radioda çalışıb, “Leninqrad poeması”nı yazıb.
 

16 may 1915 - Tanınmış İtaliya kinorejissoru Mario Moniçelli anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.
 

16 may 1953 - Məşhur irlandiyalı aktyor Pirs Brosnan (Pierce Brendan Brosnan) anadan olub. “Agent 007” seriyasından dörd filmdə (o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə neft kəmərindən bəhs edən “Bütün dünya da bəs etməz” (1999) filmində) çəkilib.
 

16 may 1966 - Amerika estrada müğənnisi Canet Cekson (Janet Damita Jackson) anadan olub. Dünya pop-musiqisinin ulduzu Maykl Ceksonun bacısıdır.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi